Martın 5-də bir qrup müsavatçı və milliyyətçi gənclər Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Müsavat.com saytının məlumatına görə aksiyanın keçirilməsinə səbəb son günlər Rusiyanın Krımda apardığı işğalçılıq siyasətinə etiraz olub.
Gənclər əllərində “Ukranie-KRIM”, “Hands off Ukranie” və başqa plakatlar tutublar. Səfirliyin qarşısında “Rus, fars, erməni, onlar xalqın düşməni”, “Azərbaycan – Ukrayna” , “Putin Ukraynadan əlini çək!” kimi şüarlar səsləndirilib.
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamə Müsavat Partiyası başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli tərəfindən səfirliyə təqdim olunub.
R.Hacıbəyli bildirib ki, müsavatçı gənclər Krımda baş verən hadisələrdən ciddi narahatçılıq keçirir. “Aksiyanın keçirilməsinə səbəb Rusiyanın Krımda apardığı işğalçılıq siyasətidir. Unutmamalıyıq ki, Krım qədim türk yurdu olub. Baş verən bu hadisələrdə hər zaman Ukrayna xalqının yanındayıq. Gənclər olaraq, Rusiyanın Krımdan geri çəkilməsini tələb edirik. Düşünürəm ki, hər yerdə bu cür aksiyalar təşkil olunmalıdır. Aksiyada bizimlə bərabər millətçi dostlarımızda iştirak etdilər. Onlara öz təşəkkürümü bildirirəm”, o qeyd edib.
Milliyyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev aksiyaların davamlı olacağını bildirib: “Biz millətçi gənclər olaraq, bəyan edirik ki, Rusiyanın Krımdakı işğalçılıq siyasəti davam edərsə, aksiyalarımız davamlı olacaq. Dünya dövlətlərindən Gürcüstandakı kimi susmamağı tələb edirik. Əks halda, Rusiyanın işğalçılıq siyasəti gələcəkdə ciddi təhlükələr doğuracaq”, o qeyd edib.