Rusiya prezidenti Vladimir Putin Ukraynada hakimiyyətdə siyasi dəyişikliyi çevriliş adlandıraraq, Rusiya hərbi qüvvələrinin Krım da daxil olmaqla, Ukrayna ərazisində hərəkət etdiyi faktını rədd edib.
Moskvada prezident iqamətgahında danışan cənab Putin Viktor Yanukoviçin Ukrayna prezidenti kimi hakimiyyətdən devrilməsini “konstitusiyaya zidd çevriliş və hakimiyyətin hərbi yolla ələ keçirilməsi” olduğunu deyərək, “neo-nasi, millətçi və antisemit qüvvələrin paytaxt Kiyevə də daxil olmaqla, Ukraynanın hər yerində qarşısının alınmadığını” bildirib. O, Rusiyaya qaçmış cənab Yanukoviçin Ukraynanın legitim lideri olduğunu deyib.
Cənab Putin açıqlama verərkən Rusiya əsgərlərinin Ukrayna ərazisinə müdaxiləsi faktını danıb. Ukrayna rəsmilri Moksvanın keçən həftə Krıma 16 min nəfərlik əsgəri qüvvə göndərdiyini bildirib.
Keçən həftənin şənbə günü Rusiya parlamenti cənab Putinə Ukraynada Rusiya vətəndaşları və əsgərlərini müdafiə etmək üçün hərbi qüvvədən istifadə etmək səlahiyyəti verib.
Rusiya prezidenti deyib ki, Krım yarımadasında Ukrayna qüvvələrini mühasirəyə alan hərbi geyimdə olan silahlı şəxslər Rusiya əsgərləri deyil, yerli özünü-müdafiə qüvvələridir. O həmin əsgərlərin Rusiya tərəfindən hərbi təlim almadığını bildirib.
Cənab Putin Rusiyanın Krımı işğal etmək planları olmadığını deyib. O, Ukraynada rusları müdafiə etmək üçün bütün variantlardan istifadə edə etməyə hazır olduğunu, lakin bunun baş verməcəyinə ümid etdiyini bildlirib.