Müsəlman Qardaşları Misir seçkilərinin qalibi oldular

  • Amerikanın səsi

Hüsnü Mübarəki devirən Misirlilər diktatorun cəzalandırılmasını tələb edirlər

Misirdə Müsəlman Qardaşları parlament seçkilərində nəhəng qələbə çalaraq ali məclisdə yerlərin 47 faizini qazanıb.

Misirin seçki rəsmiləri son nəticələri bu gün açıqlayıblar. Seçki komissiyasının rəhbəri Əbdül Moez İbrahim deyir ki, Qardaşlara məxsus Azadlıq və Ədalət Partiyası Xalq Assambleyasında 498 yerdən 235-ni qazanıb.

Parlamentin aşağı palatasında yerlərin üçdə ikisi partiya siyahıları, yerdə qalanı isə fərdi mandat əsasında müəyyən edilib. Partiya siyahısına əsasən Müsəman Qardaşları 127, fərdi seçkilərdə isə 108 deputat kürsüsü əldə ediblər.

Radikal İslamçı Əl-Nur partiyası ikinci yerd gələrək yerlərin 29 faizini qazanıb. Sekulyarist Vafd partiyası üçüncü yerə, Misir Bloku isə dördüncü yerə çxıblar.

Bu, Misir diktatoru Hüsnü Mübarək devrildikdən bəri ölkədə keçirilən ilk seçkilər idi.