Misirin səhiyyə rəsmiləri çərşənbə günü futbol matçı zamanı baş qaldıran qarşıdurmayaetiraz olaraq Suiz şəhərində keçirilən aksiyası zamanı polislə toqquşmada 3 nəfərin öldüyünü bildirir.
Fransanın xəbər agentliyi rəsmilərə istinadən hadisə zamanı 30 nəfərin yaralandığını bildirib. Detallar açıqlanmayıb.
Port-Səid şəhərində keçirilən futbol matçında 74 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən zorakılıqlardan sonra minlərlə insan hərbi hökumətin qarşıdurmalara mane olmamamsına etiraz olaraq Qəhirə küçələrinə çıxıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Səhiyyə nazirliyi 388 adamın xəsarət aldığını bildirir.