Misir fəalları bu gün Port-Səid şəhərində keçirilən futbol matçında 74 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən zorakılıqlara polisin müdaxilə etməməsinə etiraz olaraq küçələrə çıxmışlar. Etirazçılar çərşənbə gecəsi keçirilən oyun zamanı Misir tarixində ilk dəfə olaraq stadionda olan polis işçilərinin azarkeşlər arasında baş qaldıran zorakılıqların qarşısını almadıqlarını deyirlər. Hadisə futbol matçının sonunda Əl-Məsri azarkeşlərinin Əl-Əhli klubunun oyunçularına və azarkeşlərinə hücumundan sonra baş verib.
Misir hərbi hökumətinin baş naziri Kamal Əl-Qənzuri ölkənin idman tarixində ilk dəfə baş verən belə bir iğtişaşa görə Futbol Federasiyası idarə heyətinin üzvlərinin, Port-Səid şəhərinin qubernatoru və Təhlükəsizlik İdarəsi rəisinin vəzifələrindən azad edildiyini bildirib.