Accessibility links

Qahirədə nümayişçilər və polis arasında toqquşma baş verib


Qahirədə nümayişçilər və polis arasında toqquşma baş verib
Qahirədə nümayişçilər və polis arasında toqquşma baş verib

Qahirədə erkən prezident seçkilərinin keçirilməsi və hakimiyyətin hərbi şuradan mülki hökumətə təhvil verilməsini tələb edən nümayişçilərin dörd gündür davam edən aksiyaları zamanı polislə etirazçılar arasında toqquşma baş verib.

Misirin daxili işlər nazirliyini mühafizə edən iğtişaş polisi daş atan nümayişçiləri binadan uzaqlaşdırmaq üçün onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Nümayişçilər daxili işlər nazirliyini keçən həftə Port Səid şəhərində futbol matçından sonra 74 adamın ölümülə nəticələnmiş dava və basırığın qarşısını ala bilməməkdə günahlandırır.

Rəsmilərin bildirdiyinə görə, cümə axşamı günündən başlamış etirazlar zamanı Qahirə və Süveyşdə 12 nəfər həlak olub, 2500 adam isə yaralanıb.

Misirlilərin bir hissəsi Port Səiddə baş verən zorakılıqların arxasında hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarək hökumətinin keçmiş üzvlərinin olduğunu düşünür.

XS
SM
MD
LG