Accessibility links

Misirdə nümayişçilər hərbi idarəçilərə qarşı yeni hərəkat başlatmağa çalışır


Misirdə nümayişçilər hərbi idarəçilərə qarşı yeni hərəkat başlatmağa çalışır
Misirdə nümayişçilər hərbi idarəçilərə qarşı yeni hərəkat başlatmağa çalışır

Misirdə nümayişçilər paytaxt Qahirədəki Təhrir meydanında oturaq aksiya keçirərək gecəni orada qalıblar. Bu meydan ölkəni uzun illər idarə etmək Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsində böyük rol oynayıb.

Dünən cənab Mübarəkin avtokratik hakimiyyətinə qarşı xalq hərəkatının başlamasının bir ili qeyd etmək üçün insanların Təhrir meydanına toplaşmasından sonra bu gün də çox saylı misirli bu meydana axışıb.

Demokratiya tərəfdarı bəzi qruplar bildirib ki, cümə günü növbəti aksiya planlaşdırılanadək onlar oturaq aksiyalarını davam etdirəcəklər.

Nümayişçilər ölkənin hərbi idarəçiləri əleyhinə yeni hərəkat başlatmaq istəyir və onları hakimiyyəti mülki hökumətə təhvil verməyə çağırır.

XS
SM
MD
LG