Accessibility links

Amnesty International Yaxın Şərq hökumətlərini islahatlara səsləyib


Amnesty International Yaxın Şərq hökumətlərini islahatlara səsləyib
Amnesty International Yaxın Şərq hökumətlərini islahatlara səsləyib

Amnesty International bütün Yaxın Şərq boyu hökumətləri xalqın arzularına uyğun islahatlar həyata keçirməyə, başqa dövlətləri isə azadlıqları uğrunda vuruşub ölən insanları müdafiə etməyə səsləyib.

Londonda qərargahlanan təşkilat açıqladığı bəyanatda deyir ki, əgər regionun idarəçiləri demokratiya və insan haqlarını təmin etməsələr, onda zorakılıqlar və repressiya ara verməyəcək.

Amnesty International bildirib ki, hökumətlər xalqın tələb etdiyi dəyişikliklərin miqyasını anlamırlar, amma bu tələblərin qarşısı zorakılıqlarla alınmayacaq.

Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyətin Misir və Liviyadakı hərəkatlara dəstəyini alqışlamış, amma Suriya və Bəhreynə gəldikdə fəaliyyətsizliyini tənqid etmişdir. Qurum həmçinin Rusiya və Çinin Suriya ilə bağlı sərgilədiyi mövqeyi tənqid edib.

XS
SM
MD
LG