Qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycan keçmiş SSRİ ölkələri arasında 2-cidir

The Global Competitiveness Index

Azərbaycan 2012-2013-cü il reytinqi ilə müqayisədə 7 mövqe qalxıb.
Qlobal rəqabət qabiliyyəti 2013-2014-cü il (The Global Competitiveness Index 2013–2014) reytinqində Azərbaycan 39-cu yeri tutub. Reytinq Ümumdünya İqtisadi Forumunun (ÜİF) analitik qrupu tərəfindən hazırlanıb. Azərbaycan əvvəlki Qlobal rəqabət qabiliyyəti 2012-2013-cü il reytinqi ilə müqayisədə 7 mövqe qalxıb. Əvvəlkində 46-cı yer i tutmuşdu.

GCI 2011–2012-ci il reytinqində isə ölkə 55-ci yeri tutub.

Qlobal rəqabət qabiliyyəti 2013-2014-cü il reytinqinə İsveçrə rəhbərlik edib. Ölkə beşinci ildir ki, dalbadal birinci yeri tutur. Ötən ildə olduğu kimi, ikinci və üçüncü yerləri Sinqapur və Finlandiya tutublar. Almaniya iki mövqe irəliləyərək 4-cü yeri tutur.
Birləşmiş Ştatlar öz reytinqini yaxşılaşdıraraq 7-dən 5-ə qalxıb və əvvəlki tək innovasiya məhsulları və xidmətləri təminatı üzrə dünya lideri olaraq qalır, baxmayaraq ki, makroiqtisadi sabitlik sahəsində müəyyən problemlər qalır.

Ölkənin mövqeyinin yaxşılaşdırılması ilk növbədə maliyyə bazarının effektivliyinin artırılması, həmçinin cəmiyyətin dövlət institutlarına inamının möhkəmləndirilməsi ilə bağlıdır.

Sonra reytinq onluğuna İsveç (6-cı yer), Honkonq (7), Niderland (8), Yaponiya (9) və Böyük Britaniya (10) daxildir.

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Estoniyanı irəli buraxıb (32-ci yer). Sonra Litva (48), Qazaxıstan (50), Latviya (52), Rusiya (64), Gürcüstan (72), Ermənistan (79), Ukrayna (84, 11 mövqe enmə), Moldova (89) və Qırğızıstan (121) gəlir.
Dünya iqtisadiyyatında Azərbaycanın payı 0,12% təşkil edib. Siyasi və hökumət sabitliyi, valyuta tənzimlənməsi yüksək rəy alıb. Korrupsiya ilə bağlı işlər pis durumdadır. Həmçinin vergi dərəcələri, işçi qüvvəsinin yetərincə təhsilinin olmaması, maliyyələşmə imkanları, vergi tənzimlənməsi, hökumətin qeyri-effektiv bürokratiyası kimi göstəricilər də mənfi rəy alıb