Azərbaycan Amerikanın «İrs Fondu» (The Heritage Foundation) və “The Wall Street Journal” həftəliyinin 2014-cü il üçün iqtisadi azadlıq indeksində (Index of Economic Freedom 2014) 178 ölkə arasında 61,3 balla 81-ci yeri tutub (ötən il 185 ölkə arasında 59,7 balla 87-ci idi). Ölkə üçün ən yaxşı qiymət fiskal azadlıq üzrədir – sahibkarlığın “vahid” pəncərə prinsipi ilə qeydiyyatı və virtual rejimdə hesabatlılığı 100 baldan 88,1 bal təmin edib (ötən il 24 bal).
Mülkiyyətçilərin hüquqları və korrupsiya üzrə göstəricilər pisləşib – ötən il 25 və 24 bal idi, indi 20 və 22,7 baldır. Ekspertlərin fikrincə, bu, hakimiyyətin siyasi monoloqu, QHT-lərə qanunla təzyiqi, beynəlxalq öhdəliklərə zidd qərarların qəbul edilməsinin nəticəsidir. Bundan əlavə, hakimiyyət nümayişkaranə şəkildə mülkiyyətçilərin hüquqlarını pozur, - 2010-cu ildən 2014-cü ilə kimi verilən kompensasiyadan narazı olan minlərlə ev sahibi küçəyə atılıb, məhkəmələr Bakı şəhər İcra Hakimiyyətinin xeyrinə qərar çıxarıb.
Azərbaycan hökuməti aşkarlıq və hesabatlılığa görə 64,8 bal toplasa da, ötən ilə (67,8) nisbətən geriləyib. Bu, bir sıra irəliləyişlərin formal olduğunu (ASAN xidməti yaradılıb, nazirlik və qurumların virtual xidməti genişləndirilib, “elektron hökumət”ə çıxış var və s), həm də onu göstərir ki, Nazirlər Kabineti informasiyanı xarici tərəfdaşlarla öz vətəndaşlarından daha həvəslə bölüşür.
Əmək azadlığı göstəricisi pisləşib - 77,9 (bir il öncə 79,4). Bu, gizli əmək bazarının nəticəsidir. Bir çox sahibkarlar ikili mühasuibat aparır, muzdlularla fərdi müqavilə bağlamır. Nəticədə Dövlət Sosoial Müdafiə Fonduna sosial ödənişlər edilmir. Bu isə kadr axını yaradır, - tikinti və ictimai nəqliyyatda bu, aşkar görünür. Təbii inhisarlar, tabeliyindəki strukturları yenidən təşkil etməklə işçilərin azad edilməsi və yeni işçi yığılması üçün şərait yaradırlar. Sosial təminat səviyyəsi aşağıdır, bu isə əhalinin maliyyə strukturlarına yüksək borcu ilə nəticələnir.
Bir sıra sahələrdə nisbi yaxşılaşma var – sahibkarlıq azadlığı (73,5, ötən il 69,2), monetar azadlıq (73,5-ə qarşı 78 ), investisiya azadlığı (55-ə qarşı 60), maliyyə azadlığı (40-a qarşı 50). Ticarət azadlığı səviyyəsi dəyişməyib 77,2.
Müqayisə üçün deyək ki, Estoniya, Litva və Gürcüstan yüksək iqtisadi azadlı ölkələri kimi 11, 21 və 22-ci yeri tutub. Azərbaycandan başqa Ermənistan, Latviya, Qazaxıstan və Qırğızıstan nisbətən azad qəbul edilib 41, 42, 67 və 85-ci yerlər. Moldova, Tacikistan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan və Türkmənistan (110, 139, 140, 150 155, 163 və 171) qeyri-azad ölkələr sırasındadır. Türkiyə və İran 64-cü və 173-cü yerləri tutub.
Reytinqdə Honkonq, Sinqapur, Avstraliya, İsveçrə, Yeni Zelandiya və Kanada azad iqtisadiyyatlı ölkələr sırasındadır. Autsayderlər isə Şimali Koreya, Kuba və Zimbabvedir.
The Heritage Foundation ekspertləri iqtisadi azadlığı «mal və xidmətin istehsal, paylaşma və istehlakına hökumətin müdaxiləsi və maneçiliyi» kimi tərif edir, Fond 1995-ci ildən analiz aparır. İqtisadi azadlqı dərəcəsi 10 göstərici əsasında riyazi yolla hesablanır: biznes, ticarət, maliyyə, investisiya, əmək, monetar və fiskal azadlıq, mülkiyyət hüququnun qorunması, bürokratiya aparatının ölçüsü və korrupsiyadan qorunma dərəcəsi.
Beləliklə, «mütləq azad» iqtisadiyyat 100 bal, heç olmayan 0 bal alır. Dünyanın hesabatda yer alan bütün ölkələri 5 şərti qrupa bölünüb: «azad», «əsasən azad», «qismən azad », «əsasən qeyri-azad» və «qeyri-azad».