Neft Araşdırmaları Mərkəzinin rəhbərinin fikrincə, əvvəllər tərəflər “Cənub Axını”, TANAP və davamı olacaq kəmərlərin bir-birinə rəqib olmadığını bəyan edirdisə, indi rəqabətdən danışılır
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Bakı-Novorossiysk kəmərindən Azərbaycan neftinin daşınması ilə bağlı dövlətlərarası Sazişə Rusiya tərəfindən xitam verilməsi, bunun iqtisadi, kommersiya və siyasi məqsədlərindən danışıb. Ekspert həmçinin Nabucco, “Cənub Axını”, Transanadolu (TANAP), Transadriatik (TAP) layihələrindən də danışıb.
Müsahibədən seçmələr:
- Rusiya Bakı-Novorossiysk kəmərini gündəliyə gətirməklə siyasi motivlərdən çıxış edib. Tranzit tariflərinin 1996-cı ildən indiyədək dəyişməməsi Azərbaycanla siyasi əlaqələrin təzahürü idi. Bu təsərrüfatlararası əlaqələrdən doğan tarif deyildi.
- Tariflər Rusiya ərazisində bir ton neft üçün 15 dollar 67 sent, Azərbaycan ərazisində 1 dollardır. Bu şirkətlər üçün çox komfortlu rəqəmdir. Azərbaycan öz neft həcmlərini Rusiyadan ixrac edəndə itirdikləri də var. Bu da neftin keyfiyyəti ilə
balı amildir. Azərbaycan nefti Rusiyanın Txarets məntəqəsində Rusiya nefti ilə qarışırdı. “Yurals” adlı qarışıq neft keyfiyyətli deyil və Azərbaycan hər ton neftin satışında 15-20 dollar, bəzən də daha çox itirir. Neftin nəqlində əldə edilən uduş keyfiyyətdə daha çox itkiyə səbəb olur.
- Bakı-Novorossiysk dayanandan sonra hasilatçı şirkətlərin gəlirləri arta bilər. Bu daha realdır. Çünki 2014-cü il yanvarın 1-dən daşınmalar təsərrüfat subyektləri arasında danışıqlar və kommersiya tarifləri ilə həyata keçirilə bilər.
- Transneftin təklif edəcəyi hər ton üçün 30 dollar vəsait hesabına Azərbaycan neftini qatarla Qara dəniz sahilindəki öz Kulevi terminalına çıxara bilər. Azərbaycan Kulevi terminalından nefti daha baha sata bilər. Buradan terminalın sahibi kimi həm Dövlət Neft Şirkəti, həm də hasilatçı şirkətlər qazana bilər.
- Bakı-Novorossiysk neft kəməri Azərbaycanla Rusiya arasında sonuncu birgə layihə deyil. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Qazprom arasında qaz alqı-satqısına dair bir saziş var və bu sazişə xitam verilməyib. Şirkətlər ildə 2 mlrd kibmetr qazın alqı-satqısını həyata keçirir.
- Rusiya Azərbaycan qazının Avropa bazarına çıxarılmasından daha çox qıcıqlanmağa başlayıb. İndiyədək yüksək səviyyəli görüşlərdə tərəflər “Cənub Axını”, TANAP və davamı olacaq kəmərlərin bir-birinə rəqib olmadığını bəyan edirdisə, bu günlərdə Azərbaycan prezidenti Avstriyada bu ölkənin prezidenti ilə
birgə mətbuat konfransında bəyan etdi ki, “biz rəqabətdən qorxmuruq və “Cənub Axını” layihəsindən çəkinmirik”.
- Azərbaycan Nabucco ilə bağlı seçimini etməyə yaxınlaşır. Boru kəmərinin son nöqtəsi olan Avstriyaya prezident İlham Əliyev səfər edib danışılar aparıb. Mayın 3-cü ongünlüyündə Yunanıstanın baş naziri Azərbaycana səfər edəcək. Transadriatik (TAP) kəməri ilə Azərbaycan qazının ixracı reallaşarsa mayın sonlarında Yunanıstan hökumətinin qərarı ilə bu ölkənin dövlət şirkəti DEPA özəlləşdirilə bilər. Gündəlikdə ARDNŞ-nin DEPA-nın səhmlərini alması şansı durur. ARDNŞ-nin burada rəqibi Rusiyanın Qazprom şirkətidir. Rusiya ilə maraqlar bir çox müstəvidə toqquşur. Rusiya ilə münasibətlərin müxtəlif
səpkilərdə biruzə verməsi də müəyyən mənada bunların səpkiləridir.
- Həm Nabucco-West həm də TAP-la maliyyə sövdələşməsi barədə razılıq əldə edilib. Əgər Şahdəniz konsorsiumu bu kəmərlərin hər hansı birini seçərsə, o boru kəmərinin səhmlərinin 50 faizini almış olur. Yəni Avropa ərazisində yeni konsorsium yaradılmış olur. Bu artıq Azərbaycanın həmin boru kəmərində investor kimi çıxış etməsi deməkdir. Düzdür pay məsələləri hələ həllini tapmayıb. Amma, ARDNŞ Avropada boru kəmərində operator olmasa da çox yüksək paya malik səhmdarlardan biri ola bilər.
1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiyadan keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanıb. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), ARDNŞ və “Transneft” arasında imzalanan üçtərəfli sazişə uyğun olaraq 1997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsilə dünya bazarına çıxarılıb.
1999-cu ildə Bakı-Supsa kəməri inşa edilib, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istifadəyə verilib.
Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 kilometrdir. Bunun 231 kilometri Azərbaycan ərazisinə düşür. Kəmərin diametri 720 millimetrdir.
Müsahibədən seçmələr:
Rusiya Bakı-Novorossiysk kəmərini gündəliyə gətirməklə siyasi motivlərdən çıxış edib.
- Tariflər Rusiya ərazisində bir ton neft üçün 15 dollar 67 sent, Azərbaycan ərazisində 1 dollardır. Bu şirkətlər üçün çox komfortlu rəqəmdir. Azərbaycan öz neft həcmlərini Rusiyadan ixrac edəndə itirdikləri də var. Bu da neftin keyfiyyəti ilə
Azərbaycan Kulevi terminalından nefti daha baha sata bilər.
- Bakı-Novorossiysk dayanandan sonra hasilatçı şirkətlərin gəlirləri arta bilər. Bu daha realdır. Çünki 2014-cü il yanvarın 1-dən daşınmalar təsərrüfat subyektləri arasında danışıqlar və kommersiya tarifləri ilə həyata keçirilə bilər.
- Transneftin təklif edəcəyi hər ton üçün 30 dollar vəsait hesabına Azərbaycan neftini qatarla Qara dəniz sahilindəki öz Kulevi terminalına çıxara bilər. Azərbaycan Kulevi terminalından nefti daha baha sata bilər. Buradan terminalın sahibi kimi həm Dövlət Neft Şirkəti, həm də hasilatçı şirkətlər qazana bilər.
Şirkətlər ildə 2 mlrd kibmetr qazın alqı-satqısını həyata keçirir.
- Rusiya Azərbaycan qazının Avropa bazarına çıxarılmasından daha çox qıcıqlanmağa başlayıb. İndiyədək yüksək səviyyəli görüşlərdə tərəflər “Cənub Axını”, TANAP və davamı olacaq kəmərlərin bir-birinə rəqib olmadığını bəyan edirdisə, bu günlərdə Azərbaycan prezidenti Avstriyada bu ölkənin prezidenti ilə
Rusiya Azərbaycan qazının Avropa bazarına çıxarılmasından daha çox qıcıqlanmağa başlayıb.
- Azərbaycan Nabucco ilə bağlı seçimini etməyə yaxınlaşır. Boru kəmərinin son nöqtəsi olan Avstriyaya prezident İlham Əliyev səfər edib danışılar aparıb. Mayın 3-cü ongünlüyündə Yunanıstanın baş naziri Azərbaycana səfər edəcək. Transadriatik (TAP) kəməri ilə Azərbaycan qazının ixracı reallaşarsa mayın sonlarında Yunanıstan hökumətinin qərarı ilə bu ölkənin dövlət şirkəti DEPA özəlləşdirilə bilər. Gündəlikdə ARDNŞ-nin DEPA-nın səhmlərini alması şansı durur. ARDNŞ-nin burada rəqibi Rusiyanın Qazprom şirkətidir. Rusiya ilə maraqlar bir çox müstəvidə toqquşur. Rusiya ilə münasibətlərin müxtəlif
ARDNŞ-nin burada rəqibi Rusiyanın Qazprom şirkətidir.