Nazirlər GUAM çərçivəsində turizm, enerji, iqtisadiyyat, səhiyyə, nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Vilnüsdə GUAM Xarici İşlər Nazirləri Şurasının 16-ci iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.
İclasda GUAM-a sədrlik edən Moldova təşkilatın 2011-ci ildəki fəaliyyəti və təşkilat çərçivəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Daha sonra GUAM-a sədrliyin Azərbaycana keçəcəyi bildirilib. GUAM məkanında həlli yubanmış münaqişələrlə əlaqədar BMT Baş Assambleyasının 66-ci sessiyasının gündəliyinin 35-ci bəndinə uyğun olaraq iştirakçı dövlətlərin qarşılıqlı fəaliyyətinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.