Accessibility links

BMT Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti  müzakirə edəcək  


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 21-dən 27-dək ABŞ-da səfərdə olacaq. Nazir BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında, “GUAM - ABŞ”, “GUAM - Yaponiya” və “GUAM -Polşa” formatında görüşlərin keçiriləcəyi gözlənilir.
BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib.


XS
SM
MD
LG