Accessibility links

Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib


Sentyabrın 27-də Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 4-cü iclası keçirilib. Görüşdə Azərbaycan və Gürcüstan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Gela Bejuaşvili, Ukrayna və Moldovanın BMT-dəki daimi nümayəndələri - Yuri Serqeyev və Aleksey Tulbure, həmçinin GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər. Bu barədə XİN mətbuat xidmətinin məlumatında deyilr Görüş iştirakçıları BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyində duran "GUAM məkanında uzanmış münaqişələr və onların beynəlxalq aləm, təhlükəsizlik və inkişaf üçün nəticələri" məsələsinə dair GUAM ölkələrinin birgə fəaliyyətini nəzərdən keçirib. Məsələ üzrə qətnamə layihəsi üzərində məsləhətləşmələri davam etdirmək və sənədin üzv dövlətlər tərəfindən dəstəklənməsi üçün səyləri səfərbər etmək qərara alınıb. Tərəflər GUAM Nizamnaməsinin və GUAM-ın İmtiyazları və İmmunitetləri haqqında Müqavilənin dövlətlərdaxili ratifikasiyası prosedurunun sürətləndirilməsini tövsiyə edib və təşkilatın nizamnaməsinin tezliklə ratifikasiya edilməsi məsələsini Assambleyanın Bakıda qarşıda gələn sessiyasında müzakirə edilməsi üçün GUAM Parlament Assambleyasına tövsiyə etməyi razılaşıblar. XİNŞ GUAM ölkələrində gənclərin festivallarının təşkil edilməsi barədə Moldovanın təklifini maraqla qarşılayıb. 2007-ci il oktyabrın 10-11-də Vilnüsda Energetika Sammitinin keçiriləcəyini nəzərə alaraq, nazirlər orada GUAM dövlət başçılarının Təşkilatın 10 illik yubileyinə həsr olunmuş iclasının keçirilməsi məsələsini müzakirə edib. Nazirlər Baş Katibə GUAM-ın nüfuzunun genişləndirilməsi, o cümlədən KİV-də GUAM-ın fəaliyyətinin işıqlandırılması üçün təkliflər paketini hazırlamağı tapşırıb. Tərəflər XİNŞ-in növbəti görüşünü 2007-ci ilin noyabrında Madriddə ATƏT XİNŞ-in iclası çərçivəsində keçirməyə qərara alıb. Sentyabrın 27-də Nyu-Yorkda GUAM-Polşa formatında xarici işlər nazirləri səviyyəsində görüş keçirilib. Azərbaycan XİN-in məlumatına görə, Görüşün yekunlarına görə qəbul edilmiş kommünikedə deyilir ki, onun iştirakçıları GUAM-ın Bakıda keçirilən sammitindən sonra başlanmış əməkdaşlığı davam etdirməkyə "qəti qərarlı" olduqlarını təsdiq edirlər. Polşa "qəti olaraq" GUAM-ın fəaliyyətini regional əməkdaşlığın iri çoxtərəfli layihələrin reallaşmasına şərait yaradan effektli aləti hesab edərək, dəstəkləyir. Polşa həmçinin GUAM-ın iqtisadi əməkdaşlığın inkişafı, demokratiya normalarının aliliyi və Azərbaycanda, Gürcüstanda və Moldaviyada münaqişələrin sülh yolu ilə həlli üzrə prinsiplərini dəstəkləyir. Polşa qəti olaraq münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və beynəlxalq qəbul edilmiş sərhədləri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Tərəflər ilin sonunda nəqliyyat, energetika, turizm sahəsində əlaqələrin genişlənməsi və GUAM azad ticarət zonasının yaradılması üçün Varşavada yüksək səviyyədə GUAM-Polşa görüşü keçirmək haqqında razılığa gəliblər. Polşa həmçinin GUAM-ın Avropa İttifaqı ilə əməkdaşlığının intensivləşməsini dəstəklədiyini bildirib. Sentyabrın 27-də Nyu-Yorkda həmçinin GUAM-ABŞ formatında görüş keçirilib. Görüşün kommünikesində həmçinin Vaşinqtonun GUAM-ın regional təşkilat kimi inkişafına dəstəyi ifadə olunub. ABŞ GUAM məkanında münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında, beynəlxalq qəbul edilmiş sərhədlər çərçivəsində həllinə dəstəyi ifadə olunub. ABŞ GUAM ölkələrinin Avropa strukturlarına inteqrasiya etmək səylərini alqışlayıb. Tərəflər ikitərəfli münasibətlərin hazırki vəziyyətini GUAM-ABŞ partnyorluğunun "çiçəklənməsi" kimi qiymətləndirib. "Tərəflər beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirməyə, Avrasiya nəqliyyat dəhlizini genişləndirməyə, enerqetika təhlükəsizliyini enerji resurslarının diversifikasiyası yolu ilə, neft və qaz nəqli üçün infrastrukturu genişləndirməklə, demokratik islahat və iqtisadi sabitliyi möhkəmlətməklə dəstəkləməyə hazır olduqlarını bildiriblər". ABŞ həmçinin GUAM-Avropa İttifaqı birgə layihələrinin reallaşmasını dəstəkləyir.
XS
SM
MD
LG