“Xural” qəzetinin baş redaktorunun işi üzrə araşdırma aparan qrup mətbuat konfransı keçirib
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə araşdırma aparan Jurnalistlərin Preventiv Reaksiya Qrupu mətbuat konfransı keçirib.
Qrupun gəldiyi nəticəyə görə, Zeynallıya qarşı irəli sürülən ittihamlar siyasi motivlərlə saxtalaşdırılıb, istintaq və məhkəmə isə faktiki olaraq işi araşdırmayıb. Hökm ittihamın davamı olub.
Qrupun üzvü Əfqan Muxtarlı deyib ki, Ali Məhkəmədə Zeynallının kasasiya şikayətinə baxılması ərəfəsində onun həmkarları Zeynallıya bəraət verilməsi üçün səyləri gücləndirəcəklər.
“Hakimiyyətə qarşı təzyiqi artırmaq və beynəlxalq təşkilatlarla işi fəallaşdırmaq lazımdır, deyə Muxtarlı qeyd edib. O, Zeynallının azad edilməsi məsələsini Milli Şuranın gündəliyinə daxil etməyi təklif edib.
Vəkil Elçin Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsinə jurnalistin qanunsuz həbsi və ofisində və mənzilində axtarışlarla bağlı şikayət göndərildiyini bildirib.
“Ali Məhkəmə hökmü ləğv etməsə, Strasburqa bu işin mahiyyəti üzrə şikayət gedəcək”, vəkil deyib.
Araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlu hakimiyyəti müstəqil jurnalistikanı boğmaq cəhdlərinə son qoymağa çağırıb.
Turan informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, müstəqil jurnalist araşdırması Zeynallının işinin siyasi motivli olduğunu təsdiq edib.
“Zeynallının həbsi sifarişi Prezident Administrasiyasından və onun rəhbəri Ramiz Mehdiyevdən gəlib. Zeynallı yüksək vəzifəli məmurların tənqidinə və ifşasına görə “siyasi intiqam” məqsədilə həbs edilib. Zeynallıya qarşı cinayət təqibinin məqsədi azad medianı susmağa məcbur etməkdir”, o qeyd edib.
Əliyevin fikrincə, Milli Şuranın yaradılması seçkilərdən əvvəl yeni siyasi vəziyyətin formalaşmasına səbəb olacaq və bu da insan hüquqları ilə bağlı problemlərin həlli üçün imkan yaradacaq.
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, hakimiyyət Zeynallını həbs etməklə bütünlükdə Azərbaycanda söz azadlığını təqib edir.
RATİ-nin direktoru Emin Hüseynovun dediyinə görə, ölkədə 60-dan çox siyasi məhbus var, onların arasında 2 hüquq müdafiəçisi və 7 jurnalist var.
E.Hüseynov onların azadlığa buraxılması üçün demokratik ictimaiyyəti səylərini birləşdirməyə çağırıb.
Forumda iyulun 22-də - Milli Mətbuat Günü Əvəz Zeynallı və digər jurnalistlərin həbsdən azad edilməsi tələbi ilə piket keçirmək təklifləri də səslənib.
Əvəz Zeynallı 2011-ci ilin oktyabrında keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Əhmədova özü hazırda fırıldaqçılığa görə həbsdədir.
Martın 12-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Zeynallını Cinayət Məcəlləsinin 311.3.3 (böyük məbləğdə rüşvət alma), 311.4 (hədələmə yolu ilə pul tələb etmə), 306 (məhkəmə qərarını icra etməmə) və 213.1-ci (böyük həcmdə vergi ödənişindən yayınma) maddələri ilə təqsirli bilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.