Accessibility links

Jurnalist məhkəmə heyətinə etiraz edib


Əvəz Zeynallı
Əvəz Zeynallı

Apellyasiya Məhkəməsi Xural qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayətinə baxır. Jurnalist vicdan məhbusu kimi tanınıb

Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə hazırlıq iclası başlayıb.
Lakin məhkəmə dinləmələri müttəhimin məhkəmə heyətinə etirazı ilə bağlı təxirə salınıb.

Etiraz onunla əlaqədar olub ki, vaxtilə məhz həmin məhkəmə heyəti Ə.Zeynallının mənzilində, ofisində və avtomobilində axtarışın aparılmasına dair sanksiyadan apellyasiya şikayətinə baxaraq onu təmin etməyib.

Vəkil Elçin Sadıqov bildirib ki, etiraza Bakı Apellyasiya Məhkəməsinin rəhbəri tərəfindən baxılacaq. Bununla əlaqədar mayın 3-dək fasilə elan edilib.

Şikayətdə birinci instansiya məhkəmənin hökmünün ləğvi və Ə.Zeynallıya bəraət verilməsi əksini tapıb.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ə. Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Məhkəmə onu CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 306 (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə təqsirli bilir.

Ə.Zeynallı 2011-ci il oktyabrında keçmiş deputat Gülər Əhmədovanın (hazırda özü dələduzluğa görə həbsdədir) şikayəti əsasında həbs edilib. Əvəz Zeynallı ittihamları sifariş sayır və sifarişin tənqid etdiyi yüksək vəzifəli şəxslər tərəfindən verildiyini bildirir. Beynəlxalq təşkilatlar Əvəz Zeynallını vicdan məhbusu kimi tanıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG