Accessibility links

Jurnalistlərin Müdafiəsi Komitəsi: “Xural” qəzetinin baş redaktoru azad edilməlidir


የጋዜጠኞች ደኅንነት ተሟጋች ድርጅት - ሲፒጄ
የጋዜጠኞች ደኅንነት ተሟጋች ድርጅት - ሲፒጄ
Jurnalistlərin Müdafiəsi Komitəsi müstəil “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı narahatlığını bildirib.

Təşkilatın Avropa və Orta Asiya üzrə araşdırmaçısı Müzəffər Süleymanovun dediyinə görə, cəza tədbiri Azərbaycanda müstəqil jurnalizmin kriminallaşdırılması aktıdır. “Azərbaycan mətbuat azadlığı öhdəliklərindən boyun qaçırdıqca, jurnalistlər repressiyalara məruz qalır. Apellyasiya məhkəməsi Zeynallın cəzasını ləğv etməlidir.”

Əvəz Zeynallı 2011-ci il oktyabrında həbs olunub. 2012-ci ilin mayında ona qarşı məhkəmə başlayıb.

Məhkəmə Ə.Zeynallını Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə təqsirli bilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG