Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə proses davam edib.
Prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmədən Zeynallının CM-in 311.3.3 (böyük məbləğdə rüşvət alma) və 311.3.4-cü (zorla tələb etmə yolu ilə rüşvət alma) maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror həmçinin Zeynallının vergi ödənişindən yayınmaqda təqsirli bilinməsini və 11 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il ərzində rəhbər vəzifə tutmasının qadağan edilməsini, həmçinin dövlət büdcəsinə 7 250 manat ödəməsini istəyib.
Prokurorun bəyanatından sonra onunla Zeynallı arasında mübahisə olub. Baş redaktor prokuroru korrupsiyada və siyasi sifarişləri yerinə yetirməkdə ittiham edib, zalda iştirak edən Zeynallının tərəfdarları isə Azərbaycan himnini oxuyublar.
Daha sonra məhkəmədə Zeynallının vəkilləri çıxış edəcək.
Xatırladaq ki, Zeynallının işi üzrə proses 2012-ci ilin may ayından aparılır. O, 28 oktyabr 2011-ci ildə deputat Gülər Əhmədovanın zorla pul tələb etmək ittihamı ilə həbs edilib. Hazırda Əhmədova özü deputat mandatlarının satışı haqqında iş üzrə fırıldaqçılıqda ittiham olunur.