Əsgəri tok vurub

Əsgər ölümünə yox! aksiyası_logo

Hadisə Şəmkir Hərbi Birləşməsinin hərbi hissəsində baş verib
Azərbaycan ordusunun əsgəri Araz Səmədov elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrinin birində baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin ölümünü təsdiqləyib. .

A.Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.