Əsgər Ceyhun Qubadovun Azərbaycanın şimal-qərbində, Daşkəsən rayonu ərazisindəki hərbi hissələrin birində ölməsi ölkədə ciddi müzakirələrə və ictimai etiraza səbəb olub. Siyasi partiyalar, ictimai qurumlar, vətəndaş cəmiyyətləri etiraz bəyanatları qəbul edib. Gənclər etiraz aksiyasına hazırlaşır.
Tibbi ekspertin rəyinə görə, əsgər ürək çatışmazlığından ölüb. Lakin ailə tibbi ekspertin rəyi ilə razılaşmır. Ceyhun Qubadovun ailəsi onun cəsədinin üzərində ciddi işgəncə izlərinin qançırları görünən video və fotolarını nümayiş etdirib.
Azərbaycan Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə bəyanatında deyilir ki, Ceyhun Qubadovun yanvarın 7-də ölümü ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşmanın ağır nəticələrə səbəb olması maddəsi ilə cinayət işi başlanıb.
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları araşdırmalar aparılması məqsədi ilə bölgəyə ezam olunub.
Jurnalist Zamin Hacı vaxtı ilə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmətdə olub. O mediada tənqidi məqalələr dərc etdirdikdən sonra “cəza” kimi hava və davranışı çox çətin olan cəbhə bölgəsinə göndərilib.
“Orduda əsgər ölümlərinin əsas səbəblərindən biri korrupsiya və rüşvətdir. Zabitlərin və əsgərlər sosial cəhətdən müdafiə olunmur. Bir çox hallarda sosial cəhətdən zəif və kasıb ailələrin övladları daha çətin davranışı olan hərbi hissələrə göndərilir. Ceyhun Qubadov da kasıb ailənin övladı idi. O, uşaq yaşlarında atasını itirmişdi”.
Sabiq deputat, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıyeva ana kimi əziyyət çəkir.“Prezident və ya sadə vətəndaş olmasından asılı olmayaraq əsgər ölümünə hər bir adam öz övladının ölümü kimi baxmalıdır. Çünki hamımızın ailəsində Azərbaycan əsgəri böyüyür”.
Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli hərbi hissələrldəki davranışın ağır nəticələrindən danışıb. Onun fikrincə, orduda əsgərlərə işgəncə və onların ölümü korrupsiya və pis rəftarla bağlıdır. Ekspert Amerikanın Səsi radiosuna bildirib ki, 2003-cü ildən indiyədək Azərbaycanın təhlükəsizlik sektoru 900 nəfərə yaxın hərbi qulluqçusunu itirib. Bunların 85 faizi qeyri-döyüş itkiləridir. Con 10 ildə 90 nəfərdən çox hərbi qulluqçu özünü öldürüb.
“Apardığımız monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Ötən müddətdə 79 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 16-i döyüş, qalanları isə qeyri-döyüş itkiləridir.
7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 14 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 10 nəfər xəstəlikdən dünyasını dəyişib. 19 nəfər intihar edib, 19 nəfər bir-birinə silah qaldırma nəticəsində güllələnib.
Yaralılara və xəsarət alanlara gəlincə onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 1-i intihara cəhddən, 13-ü erməni gülləsindən, 7 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 8-i bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancması, yanma), 3-ü əməliyyat tədbirlərindən, 32-i isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 72 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Daxili Qoşunların hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir”.
Ekspert vəziyyətdən çıxışı odrunun NATO standartalarına keçirilməsində görürür.
“Peşəkar ordu yaradılmalıdır. Bu, orduda sosial müdafiəni gücləndirər. Xüsusilə döyüş bölgəsində xidmət keçən əsgərlər maaş almalıdır”.
Öz növbəsində, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Media forum” saytına deyib ki, istintaq orqanları bu hadisədə günahkar olan şəxslərin qısa zamanda tapılaraq cəzalandırılmasına nail olmalıdır.
“Bu, sıradan bir hadisə deyil, qəti və ciddi ölçülər götürülməlidir. Onu da qeyd edim ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, əsgərlərimizin öz hərbi xidmətini yerinə yetirməsi üçün hər cür şərait, imkan yaradılır. Azərbaycan ordusu, Azərbaycan əsgəri bu gün dövlətin, ölkə prezidentinin diqqəti və qayğısı altındadır. Bununla belə, son dövrlər ordumuzda baş verən bəzi neqativ hallar da hamımızı ciddi narahat etməkdədir”- o qeyd edib.
Son məlumata görə, əsgərin ölümü ilə bağlı müdafiə naziri Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri Rövşən Əkbərova töhmət elan edib.
Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.