Accessibility links

İki əsgər ölüb


Əsgər ölümünə yox! aksiyası_logo
Əsgər ölümünə yox! aksiyası_logo

2013-cü ildə 31 hərbiçi dünyasını dəyişib

Aprelin 25-də Azərbaycanın iki əsgər vəfat edib.

Bakıda hərbi hissələrdən birində əsgər Xəyyam Bayramov xidmət yoldaşı Kamran Məmmədovu bıçaqlayıb. K.Məmmədov aldığı yaralardan ölüb.
İnsidentin səbəbləri məlum deyil. Fakt üzrə istintaq gedir.

Digər xəbərdə isə deyilir ki, aprelin 14-də Tərtər rayonundakı hərbi hissənin qazanxanasında baş vermiş partlayış nəticəsində yanıq xəsarəti almış Natiq Musazadə bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətin hər iki məlumatı təsdiqləyib

“Doktrina” hesabatına görə, 2013-cü ildə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 31 nəfər təşkil edib. Müvafiq dövrdə ölənlərin 5-i döyüş (5 nəfər erməni gülləsi) 26-ı isə qeyri-döyüş itkiləridir. Ölkədə qeyri döyüş şəraitində əsgərlərin ölməsi geniş ictimai narazılıqla qarşılanır. Bu il yanvarın 12-də və martın 10-da vətəndaş cəmiyyəti fəalları “Əsgərlərin ölümünə son!” şüarı ilə etiraz aksiyası keçirib.
XS
SM
MD
LG