Çinli dissident ölkədən çıxmaq istəyir

  • Amerikanın səsi

ABŞ rəsmiləri kor çinli dissident Çen Quanqçenqin ailəsi ilə birgə Çini tərk etmək istədiyini təsdiq ediblər. Çen bu istəyini ABŞ səfirliyində bir həftə sürən sığınacağı tərk etdikdən sonra dilə gətirib. Çen müxbirlərə deyib ki, onun ailəsinə hədə-qorxu gəlinib və o, rəsmi Pekinin ona toxunmamaq barədə zəmanətinə əməl etməyəcəyi qənaətindədir.

“Hökumət rəsmiləri evimə gəliblər, ailəmi ölüncə döymək istəyiblər. Onlar bütün ev boyu izləyici kameralar quraşdırıblar. Evimin ətrafına elektrik hasar çəkiblər. O zaman məndə informasiya yox idi. Amma indi var. Və mən fikrimi dəyişmişəm,” deyə o, müxbirlərə bildirib.

Dövlət Departamenti bildirir ki, ABŞ rəsmiləri Çenlə bağlı seçimləri müzakirə edirlər. Hazırda o, Çin rəsmilərinin nəzarəti altında Pekindəki hospitaldadır.

Çin rəsmiləri onun təhlükəsizliyinə zəmanət verdikdən sonra Çen ABŞ səfirliyini tərk etmişdi.