Mətbuat azadlığı olduqca mühümdür, çünki azad mətbuat olmadan, başqa insan haqlarına riayət etmək mümkün deyil. Azad mətbuatın güclü olduğu mühit sivil cəmiyyətin çiçəklənməsinə stimul verir ki, bu, da sabit demokratiyanın ərsəyə gəlməsinə, siyasi və iqtisadi inkişafa yol açır. Buna görə də ABŞ dünya boyu jurnalistlərin təqib olunmasını, həbs edilməsini və bəzi hallarda öldürülməsini işıqlandırır.
Yoani Sançez kubalı blogerdir. Ona ölkədən çıxmağa icazə verilmir. Sançezin “İqrek Nəsli” adlı bloqu beynəlxalq miqyasda məşhurdur. Bu bloq Kubadakı həyatın sərt reallıqlarına işıq saçır. Onun fəaliyyəti müxtəlif növ mükafatlara, o cümlədən Kolumbiya Universitetinin jurnalizm üzrə Maria Kabot, 2011-ci il Dövlət Katibinin Beynəlxalq Cəsur Qadın mükafatına layiq görülüb. Amma Kubanın kommunist hökuməti bu mükafatları almaq üçün ona ölkədən çıxmağa icazə verməyib. Sançezin səyahət etmək barədə müraciəti 19 dəfə inkar olunub.
Hərəkət azadlığı İnsan Haqları üzrə Universal Bəyannamədə tanınan fundamental hüquqlardandır. ABŞ Kuba hökumətini Sançezə xaricə getməyə icazə verməyə və bütün hökumətləri sərbəst ifadə hüquqlarını icra edən dissidentlərin və jurnalistlərin ölkəni tərk edə bilməsinə icazə verməyə çağırır.
Tibetdə rejissor Vohdup Vanqçen Çin hökuməti tərəfindən susdurulub. Vanqçen 25 dəqiqəlik “Qorxunu Arxada Qoyaq” adlı sənədli filmə görə Çin polisi tərəfindən 2008-ci ilin martında həbs edilmişdi. Film beş ay ərzində 40 saatlıq çəkiliş və 100-dən çox müsahibəyə əsaslanır. Çinin Amdo regionunda, Çinqay vilayətində aparılmış çəkilişlərdə tibetlilər Dalay Lamadan tutmuş insan haqlarına qədər müxtəlif məsələlər barədə fikirlərini ifadə edirlər.
Vanqçen dindirmə zamanı döyülmüş, yeməkdən və yatmaqdan məhrum edilmiş, və bir il ətraf dünyadan təcrid olunmuşdu. O, 2009-cu ildə gizlində mühakimə edilmiş və Çinqay vilayətinin Siçuan həbsxanasında 6 illik həbsə məhkum edilmişdi.
Birləşmiş Ştatlar Çin hökumətini bütün çinlilərin hüquqlarına hörmət etməyə çağırır.
Mətbuat azadlığı bütün hökumətlər tərəfindən hörmət edilməli olan fundamental insan hüququdur. Birləşmiş Ştatlar bu fundamental hüququ pozanların beynəlxalq diqqət mərkəzinə çıxarılması üçün səylərini davam etdirəcək.