Accessibility links

BMT-nin baş katibi:Müasir media vasitələri Ərəb baharında mühüm rol oynayıb (YENİLƏNİB)


Beynəlxalq təşkilatlar Ümumdünya Mətbuat Azadlığı günü dünyanın bir çox ölkələrində azad mətbuata qarşı təqiblərin davam etməsinə görə narahatlıq bildirir

Ümumdünya Mətbuat Azadlığı gününü qeyd edən BMT və media hüquqları qrupları bildirir ki, ərəb baharının sayəsində bəzi hökumətlərin mətbuata təzyiqləri azaltmasına baxmayaraq, dünyanın bir çox ölkələrində azad mətbuata qarşı təqiblər davam edir.

BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, ərəb dünyasında mətbuatda yeni səslər avtokratik rejimlərin çökməsində mühüm rol oynayıb. O bildirib ki, sosial media, mobil telefonlar və peyk televiziyaları milyonlarla insana ilk dəfə olaraq demokratiya əldə etmək imkanı vermişdir. Cənab Ban həmçinin dünya ölkələrində jurnalistlərə qarşı hücumlara görə hiddədini bildirirərək, keçən il 60-dan çox jurnalistin öldürüldüyünü deyib.

BMT-nin Baş katibi Ban Ki Mun və UNESKO-nun rəhbəri İrina Bokovanın birgə bəyanatında deyilir ki, ərəb dünyasında baş vermiş dəyişikliklər insanların öz hüquqlarını müdafiə istəyinin yeni və köhnə media ilə birlikdə gücünü nümayiş etdirdi.

Freedom House Yaxın Şərqdə və Şimali Afrikada qeyri-sabit olsa da, keçən il mətbuat azadlığı sahəsində çox böyük irəliləyiş müşahidə olunub.İnsan hüquqlarını müdafiə qrupu Misir, Lilviya və Tunisdə böyük inkişafın, lakin Bəhreyn və Suriyada üsyanı yatırtmaq səylərinin bir hissəsi kimi mətbuata ciddi təzyiqlərin müşahidə edildiyini bildirib.

Təşkilatın bildirdiyinə görə, Çin, Rusiya və İranda hökumətin tənqidçiləri həbs edilir və kütləvi informasiya vasitələri üzərində ciddi nəzarət tətbiq edilir.

Sərhədsiz Reportyorlar beynəlxalq təşkilat Ümumdünya Mətbuat Azadlığı günü kütləvi xəbər informasiya vasitələrinə qarşı təzyiqləri kəskin pisləyən bəyanatla çıxış edib.

Bəyanatda keçən il peşə vəzifəsini yerinə yetirərkən 21 jurnalistin həlak olduğu bildirilir.

Təşkilat mətbuat azadlığının ən kobud şəkildə Suriya prezidenti Bəşar Əl-Əsəd və Somalidə islamçı yaraqlılar tərəfindən pozulduğunu bəyan edib.

XS
SM
MD
LG