Accessibility links

Suriyada kütləvi aksiyalar öncəsi 10 nəfər öldürülüb


Suriyada insan haqları fəalları deyir ki, bu gün hökumət qüvvələri ölkəboyu 10 nəfəri öldürüb. Ölüm halları hökumət əleyhinə nümayişlər planlaşdırıldığı bir vaxt qeydə alınıb.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu ən azı 3 nəfərin Həma regionunda əsgərlərin avtomobili odlu silahdan atəşə tutması nəticəsində öldüyünü bildirib.

Fransa xəbər agentliyinin məlumatına görə, bu gün cümə namazından sonra prezident Bəşar Əl-Əsədin ölkəni tərk etməsi tələbilə minlərlə insanın küçələrə çıxması planlaşdırılır.

Suriyadakı BMT müşahidəçiləri atəşkəs razılığının pozulmasına baxmayaraq üsyançılarla hökumət qüvvələri arasında zorakılığa son qoymaq istiqamətdə işi davam etdirir.

Keçən ay əldə edilmiş atəşkəs planına vasitəçilik etmiş beynəlxalq elçi Kofi Annanın sözçüsü deyib ki, zorakılıqların davam etməsinə baxmayaraq, müşahidəçilər işlərini davam etdirir.

Əhməd Fəvzi Ceneverədə jurnalistlərə açıqlamasında plana əməl olunmasına dair çox az işarə olduğunu deyib.

XS
SM
MD
LG