Accessibility links

Çin hökuməti kor dissidentlə bağlı məsələyə reaksiya verib


Çin bildirir ki, ABŞ dissident Çen Quanqçenqlə bağlı qalmaqala bənzər insidentlərin gələcəkdə baş verməməsi üçün lazımi ölçülər götürməlidir.

Çin xarici işlər nazirliyinin sözçüsü Honq Ley Pekində keçirdiyi brifinq zamanı bu bəyanatı səsləndirib.

“Ötən həftə baş verən insident ABŞ-ın Çinin daxili işlərinə qarışmasını əks etdirirdi. ABŞ bu hadisədən lazımi dərsləri öyrənməli və bunun gələckdə baş verməməsi üçün lazımi tədbirlər görməlidir,” deyə o, bildirib.

Çen bildirib ki, o, ABŞ-a gəlmək üçün müraciət etdiyi zaman Çin hökumətindən problemlə üzləşməyəcəyini güman edir.

XS
SM
MD
LG