Accessibility links

Co Bayden: Çinli dissidentin gələcəyi Amerikadadır


ABŞ vitse-prezidenti Co Bayden deyir ki, Birləşmiş Ştatlar çinli dissident Çen Quanqçenqə dərhal visa verməyə hazırdır.

NBC telekanlına verdiyi müsahibədə cənab Bayden bildirib ki, Vaşinqton Çin hökumətindən Çenə Nyu York Universitetində təhsil almağa icazə verəcəyi ilə bağlı öhdəliyinə sadiq qalacağını gözləyir. O, deyib ki, kor dissidentin gələcəyi ABŞ-dadır.

Çen, onun xanımı və uşaqları hazırda Pekin hospitalındadırlar. Burada Çen iki həftə öncə evdən qaçarkən aldığı xəsarətlərdən müalicə olunur.

Çin xarici işlər nazirliyi cümə günü bəyan edib ki, “istənilən başqa Çin vətəndaşı kimi” Çen ABŞ-da təhsil almaqda azaddır. Bu bəyanat Çenin özü və ailəsinin təhlükəsizliyi üçün narahat olduğunu dilə gətirməsindən sonra verilib.

XS
SM
MD
LG