Vaşinqton Çinlə diplomatik böhranın yaranmaması üçün yüksək səviyyəli diplomatını Pekinə göndərib. ABŞ-ın himayəsi altında olan kor çinli dissident Çen Quanqçen ev dustaqlığından qaça bilib.
Dövlət katibinin köməkçisi Kurt Kampbelin Çenin məsələsilə bağlı Çin rəsmilərilə görüş keçirəcəyi gözlənilir. ABŞ Çenin taleyilə bağlı narahatlıq hissi keçirdiyini, lakin onun Pekindəki ABŞ səfirliyinə qaçması ilə bağlı şərhlərin şayiə olduğunu bildirib.
ABŞ-da əsaslanan Çin insan haqları təşkilatı Çenin ABŞ-ın himayəsi altında olduğunu və məsələ ilə bağlı ABŞ-la Çin rəsmiləri arasında danışıqların getdiyini bildirib.