Ölkədə iki jurnalistin qətli açılmamış qalır
Noyabrın 22--də Azərbaycanda "Cəzasızlığa Qarşı Beynəlxalq Gün" ərəfəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Cəzasızlığa Son Qoyulsun" adlı dəyirmi masa keçirib.
Noyabrın 23-də dünyada “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” qeyd olunur. Bu gün ifadə azadlığı hüquqlarından istifadə etmənin qurbanı olmuş şəxslərin ədalət tələb etmək çağırışına və cəzasızlıq məsələsinin ictimailəşdirilməsinə həsr olunub.
2009-cu ildə Fillipində 32-si jurnalist olmaqla 58 şəxsin qətlə yetirildiyi və tarixə “Maquindanao, Ampatuan” qətliamı kimi düşmüş hadisənin ildönümünü qeyd edilir. İndiyədək bu əməli törədənlərdən heç kim cəzalandırılmayıb.
Azərbaycanda bu günün keçirilməsinin vacibliyini qeyd edən RATİ-nin rəhbəri Emin Hüseynov bildirib ki, iki il bundan öncə noyabrın 23-də Azərbaycanda publisist Rafiq Tağıya bıçaqla hücum edilib və o qətlə yetirilib. 8 il əvvəl isə 2005-ci ildə tənqidçi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib. Hər iki jurnalistin qətli ilə bağlı kimsə cəzalandırılmayıb.
RATİ rəhbəri həmçinin hər iki jurnalistinin adının əbədiləşdirilməsi üçün noyabrın 24-dən martın 2-dək mətbuat prospektində barelyefin ucaldılması məqsədilə imzatoplama kampaniyasının keçiriləcəyini bəyan edib.
Noyabrın 23-də Rafiq Tağının məzarı önündə anım mərasimi keçiriləcək.
Daha sonra dəyirmi masada son dövrlər Azərbaycanda insan haqlarının, medianın durumu ilə bağlı fikir mübadiləsi aparılıb.
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu nəşriyyata edilən basqılarla bağlı məlumat verərək, indiyədək sənədlərin qaytarılmadığını xatırladıb.
“Biz qoyulan dəyərləri müdafiə etməliyik. Demokratiya azlığa tabedir”, deyə o bildirib.
Bununla belə beynəlxalq təşkilatlardan, demokratik institutlardan dəstək olmadığından təəssüflənən Şahbaz Xuduoğlu demokratiya, söz azadlığı deyən adamların “yalquzaq” vəziyyətə düşdüyünü bildirib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev son vaxtlar “Azadlıq” qəzetinə edilən basqılar barədə danışıb. Prezident seçkilərindən sonra medianın durumu daha da ağırlaşıb.
“Bu vaxta qədər söz azadlığı uğrunda savaşan fərdləri sıradan çıxarırdılar. Bu gün isə təsisatlara qarşı məsələn, “Qanun” nəşriyyatına, Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinə, “Azadlıq” qəzetinə qarşı aparılan kampaniyalar aparılır. Bu proses davam edəcək ,“deyə o bildirib.
Hacıyev “Azərbaycan” nəşriyyatına olan borca görə qəzetin gələn həftə yenidən bağlanılacağını istisna etməyib.