Amerikalı həmsədr Azərbaycana gəlir

ATƏT in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik

Ceyms Uorlikin Azərbaycan dövlət rəsmiləri ilə görüşü gözlənilir
Gələn həftənin əvvəlində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycana səfəri başlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər.

Mətbuat xidməti səfər zamanı Azərbaycan dövlət rəsmiləri ilə görüşlərin nəzərdə tutulduğunu bildirib.

Amerikalı həmsədr danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparacaq.