Accessibility links

Tomas de Vaal: “Azərbaycanlılar indi kitabı daha tənqidi nəzərlə oxuyur”


Tomas de Vaal
Tomas de Vaal
Jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi Tomas de Vaalın 10 il bundan əvvəl Dağlıq Qarabağa həsr etdiyi “Qara bağ” münaqişə haqda bu gün ən populyar mənbələrdən biri hesab edilir. Tomas de Vaal kitabın yeni əlavələrlə bu il Nyu-York universitetinin nəşriyyatı tərəfindən çap edilmiş 10-cu nəşri haqda Kolumbiya univerisitetində prezentaziya zamanı danışıb.

“Qara bağ” Tomas de Vaalın regiona etdiyi 10 səfər və adi insanlar, Qafqaz, Moskva və Vaşinqtonda rəsmilər və ekspertlərlə keçirdiyi 120-cən çox müsahibənin nəticəsi olaraq yazılıb. Kitabın yeni nəşrində müəllif atəşkəs haqda razılıqdan keçən 20 il ərzində həllini tapmamış münaqişənin çözülməsi perspektivlərinə nəzərə salır.

Kolumbiya universitetində prezentasiya zamanı Tomas de Vaal 2007-ci ildə razılaşdırılmış Madrid prinsipləri ətrafında müzakirələrin nəticə vermədiyini qeyd edib. O, münaqişənin həllində Rusiya və ABŞ-ın rolundan danışıb. “Konqresin bir hissəsi Əfqanıstanda Azərbaycanı mühüm hərbi tərəfdaş edən şimal təchizat şəbəkəsinə görə Azərbaycanı xoşlayır. Konqresin başqa bir hissəsi isə ABŞ-da güclü erməni lobbisinə görə Ermənistanı xoşlayır”-deyə Tom de Vaal bildirib.

Lakin onun fikrincə, 2014-cü ildən sonra ABŞ Əfqanıstandan çıxandan sonra Azərbaycanın tərəfdaşı kimi əhəmiyyəti azala bilər. O, ABŞ-da erməni lobbisinin gündəmdə saxladığı əsas məsələ olan ermənilərin iddia etdiyi soyqırıma marağın azalmasına görə Ermənistanın da nüfuzunun azalacağını düşündüyünü deyib. “Buna görə ABŞ-ın 2014-cü ildən sonra münaqişənin tərəflərinə təzyiq göstərmək üçün manevr etmək imkanları arta bilər, amma, əlbəttə, ABŞ bunu istəsə”-deyə o əlavə edib.

Rusiyaya gəldikdə, Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinə münasibətin 20 il ərzində dəyişdiyini qeyd edib. Onun sözlərinə əsasən, Rusiyanın nizamlanma prosesində nüfuzu Abxaziya, ya da Dnestrayanı regionlarda olduğu dərəcədə deyil.

“Qara bağ” kitabı rus, Azərbaycan və erməni dillərinə tərcümə edilib. Tomas de Vaal 10 il ərzində azərbaycanlılar və ermənilərin kitaba fərqli münasibətini qeyd edib: “Ermənilər kitabı kiçik detallarına fikir verərək oxuyur. Onlar mənimlə əlaqə saxlayıb, bu və ya digər səhifədə işlətdiyim ifadələri göstərirdirlər. Azərbaycanlılar isə 10 il əvvəl onların ölkəsindən yazdığıma görə razı qalmışdılar. Lakin indi onların ölkəsinin regionda statusunun artdığı zaman, onlar kitabı daha tənqidi nəzərlə oxuyur. Yəni onların regionda geo-siyasi vəziyyəti dəyişdikcə reaksiya da dəyişir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG