Birləşmiş Ştatlar iqtisadiyyatında inkişaflar qeydə alınıb

  • Nərminə Cəlalqızı

US ECONOMY

Keçən ilin dekabr ayında işsizlik 8.5 faiz idisə, yanvar ayında 8.3 faizə düşüb

ABŞ Əmək Nazirliyinin bildridyinə görə, bu ilin yanvar ayında özəl sektorda 243 min yeni iş yeri açılıb. Keçən ilin dekabr ayında işsizlik 8.5 faiz idisə, yanvar ayında 8.3 faizə düşüb. İş axtaranlar üçün ümid artır, əmək bazarında vəziyyət yaxşılaşır. Son üç ildə işsizliyin səviyyəsi ən aşağı səviyyədədir.

Əmək Statistikası Bürosundan Con Qalvin: “Yanvar ayında peşəkar və biznes xidmətləri, xəstəxanalar və zavodlar daxil edilməklə, özəl sektorda iş yerləri açılıb."

Keçən ilin noyabr və dekabr aylarında da 60 min yeni iş yeri açılmışdı. Bu, dərhal Uol Stritə öz təsirini göstərdi. Bu xəbərdən cəmi 5 dəqiqə sonra Dou Concun qiyməti orta hesabla 1 faiz artdı.

İqtisadçı Styuard Hofman son beş ayda işsizliyin aşağı düşdüyünü deyir. “Əgər işsizliyin faizi azalıbsa və son beş ayın 3 ayında 200 min yeni iş yeri açılıbsa, bu, davmlılıq göstəricisidir."

Hərbi veteranların yeni iş yerləri ilə təmin edilməsinə dair danışarkən, prezident Obama iş yerləri ilə bağlı son nəticələri alğışladığını, bundan sonra da bu yolda iş aparılmalı olduğunu deyib. “İqtisadiyyat inkişaf edir və bərpa işləri sürətlə artır. Biz bunun davam etməsi üçün əlimizdən gələni etməliyik.” - deyə, o bildirib.

Prezidentliyə respublikçaı namizəd Mit Romni isə 35 ayda işsizliyin 8 faizdən yuxarı olduğunu deyib. Respublikaçı namizədlər prezident Obamanın iqtisadi siyasətinin baş tutmadığını deyirlər. Yahoo-nun iqtisadi məsələlər üzrə təhlilçisi Daniel Qross respublikaçıların elə bu məsələni əsas tutacaqlarını deyir. “Bu hesabatla bağlı insanları yəqin ki, Respublikaçıların proqnozları məyus edir.”

Bunu keçən həftənin çümə günü Konqresdə iqtisadi məsələlərlə bağlı keçirilən dinləmələr zamanı Respublkaçı konqresmen Kevin Breydi ilə Demokrat konqresmen Karolin Meloninin müabahisəsində də görmək olardı. Deamokrat nümayəndə Karolin Meloni son 23 ayda yeni iş yerlərinin aşılması xəbərinin sevindirici olduğunu deyəndə Kevin Breydi göstəricilərin sevindirici olduğunu, lakin işsizliyin azalmasının insanların artıq iş axtarmamasının nəticəsi olduğunu deyib.

Respublikaçılar bir ildən artıq iş qalaraq iş tapmaq ümidlərini itirən insanları hesaba almaqla, ölkədə işsizliyin 15 faizə yaxın olduğunu deyirlər.