Accessibility links

Rəy sorğusu: İşsizlik 8.1 faizə düşəcək


Rəy sorğusu: İşsizlik 8.1 faizə düşəcək
Rəy sorğusu: İşsizlik 8.1 faizə düşəcək

Rəyi soruşulan iqtisadçılar deyirlər ki, işsizlik səviyyəsi gözlənildiyindən daha sürətlə düşür. Bu, isə prezident Obamanın yenidən seçilmək şanslarını artıra bilər.

Cümə günü Filadelfiya Federal Ehtiyatlar Bürosunun açıqladığı rəy sorğusunda 45 ekspert ilin dördüncü kvartalında 8.1 faiz olacağını proqnozlaşdırmışdılar. Prezident seçkiləri noyabrın 6-da keçiriləcək.

2011-ci ilin noyabrında keçirilən oxşar sorğöuda iqtisadçılar bu ilin sonunda işsizliyin 8.7 faiz olacağını bildirmişdilər.

Eyni zamanda ekspertlər iqtisadi artım barədə proqnozlarını azacıq endiriblər.

Yeni sorğu ümumdaxili məhsulun 2012-ci ildə 2.4 faiz deyil, 2.3 faiz artacağını proqnozlaşdırır.

XS
SM
MD
LG