Accessibility links

ABŞ-da işsizlik azalır


ABŞ-da işsizlik azalır
ABŞ-da işsizlik azalır

Hökumət ekspertləri iş yerlərinin çoxalması və işsizlik səviyyəsinin düşməsi haqda məlumat açıqladıqdan sonra ABŞ birjalarında səhmlərin qiymətləri kəskin artıb.

Əmək Nazirliyi bildirir ki, iqtisadiyyat 243,000 yeni iş yeri yaradıb, və işsizlik 8.3 faizə enib. Artıq beş aydır ki, işsizlik səviyyəsi düşməkdə davam edir. Aprel ayından bəri ilk dəfə olaraq ABŞ-da ən güclü iş artımı qeydə alınıb.

İqtisadi durumun barometri sayılan Dow Jones səhm indeksi 2008-ci ildən bəri ən yüksək həddinə qalxıb. İqtisadiyyatın enerjiyə təlabatı və qiymətləri artıracağı gözləntiləri ilə neft qiymətləri də qalxıb.

Yüksək işsizlik iqtisadiyyatı bu ilin prezident seçkilərində başlıca məsələyə çevirib. ABŞ prezidenti Barak Obama deyir ki, iqtisadiyyat güclənməkdədir, amma əksər amerikalılar hələ də işsizdirlər. O, Konqresi iş yerlərinin çoxalmasına yardım etmək üçün maaş vergilərini endirməyə çağırıb.

Amma Respublikaçı prezidentliyə iddialı Mitt Romni deyir ki, iqtisadi dirçəliş gözlənildiyindən xeyli ləng gedir. O, ləngimələrə görə cənab Obamanın iqtisadi siyasətini qınayır.

XS
SM
MD
LG