Accessibility links

Prezident Obama Konqresi ev planını təsdiq etməyə çağırır


Prezident Obama Konqresi ev planını təsdiq etməyə çağırır
Prezident Obama Konqresi ev planını təsdiq etməyə çağırır

ABŞ prezidenti Barak Obama Konqresi daşınmaz əmlak haqda yeni qanunu qəbul etməyə səsləyib. Onun sözlərinə görə bu plan hər il ev sahiblərinə minlərlə dollar ipoteka puluna qənaət etməkdə yardım göstərəcək.

Həftəlik müraciətində cənab Obama ev böhranını iqtisadi dirçəlişi yavaşıdan başlıca amil adlandırıb. O, deyib ki, bu planın təsdiqi ev sahiblərinə evlərini yenidən daha aşağı sələm faizləri ilə maliyyələşdirmək imkanı verəcək və təqribən hər ay 300 dollara qənaət etməyə kömək edəcək.

Prezident Obama deyir ki, iri maliyyə təsisatlarından pul çıxmaqla bu proqramın xərclərini ödəmək mümkündür.

Prezident Obama Konqres üzvlərinə təzyiq göstərmək üçün vətəndaşlarla iş aparır.

Respublikaçılaın cavab müraciətində konqresmen Pat Meehan (Pennsilvaniya) deyib ki, Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatası maaş vergilərinin azladılmasını təsdiq edib, amma Demokratların çoxluq təşkil etdiyi Senat bunu etməyib.

Meehan həmçinin bildirib ki, enerji sektorunda hökumət nizamlamalarının ixtisarı yanacaq qiymətlərini ucuzlaşdıra və yeni iş yerləri yarada bilər.

XS
SM
MD
LG