Accessibility links

ABŞ Konqresi vergi endirimləri haqda qanunu təsdiq etdi


ABŞ Konqresi vergi endirimləri haqda qanunu təsdiq etdi
ABŞ Konqresi vergi endirimləri haqda qanunu təsdiq etdi

ABŞ Konqresi 160 milyon əməkçinin maaş vergilərini kəsəcək və bir çox işsizlərin müavinətlərini uzadacaq qanunu qəbul edib.

Nümayəndələr Palatası və Senat qısa bir zamanda ölçünü qəbul edərək imzalanmaq üçün prezident Barak Obamaya göndərib.

Bu ölçü vergi endirimlərini və müavinətləri 2012-ci ilin sonunadək uzadır. Onlar bu ayın sonunda bitməli idilər.

Demokrat Senator Maks Bakus ikipartiyalı razılıq haqda açıqlamanı çərşənbə günü axşam verib. Yekun qanunda həfətlik maaşdan $20 məbləğində vergi tutulmur. Qanunun tərəfdarları deyirlər ki, əməkçilərə ildə min dollar qənaət etməklə vergi endirimi iqtisadiyyata təkan verir.

Qanunvericilər həmçinin razılaşıblar ki, hökumətin ahılla üçün təsis etdiyi Medicare adlanan proqramında iştirak edən həkimlərə ödənişlərdə kəskin ixtisarlar aparılmasın.

XS
SM
MD
LG