Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Ayət Mehrəlibəyli 10 gündür aclıq edir, onun mədəsində kəskin ağrılar baş qaldırıb
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Təbrizin mərkəzi zindanında 10 gündür aclıq aksiyası keçirən fəal Ayət Mehrəlibəylinin (Yürüş) səhhətinin ağır olduğu haqda məlumat yayılıb.
“Media forum” saytının məlumatına görə, İrandakı hüquq müdafiəçiləri bildirir ki, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Ayət Mehrəlibəyli kəskin mədə ağrısından əziyyət çəkir. Fəalın şəhər xəstəxanasında təcili müalicə almağa ehtiyacı olsa da, buna icazə verilmir, ona qarşı təzyiqlər gündən-günə artır.
Azərbaycanlı fəal Ayət Mehrəlibəyli digər fəal Arəş Məhəmmədi ilə birlikdə İran təhlükəsizlik qurumlarının onların ailələrinə və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq aprelin 15-dən aclıq edirlər.
Ayət Mehrəlibəyli qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 9 il həbsə məhkum edilib. Təşkilatın digər üzvləri Lətif Həsəni, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə də eyni ittihamlarla 9 il iş alıblar.