Accessibility links

İranda azərbaycanlı məhbuslar haqda yeni xəbərlər; məhkəmə, işgəncə, aclıq və etiraz


İran azərbaycanlı məhbuslar
İran azərbaycanlı məhbuslar

Apellyasiya Məhkəməsi Abbas Vəlizadə və Mehdi Kuxiyan barəsində hökmü qüvvədə saxlayıb

Azərbaycan veb səhifələri ötən günlərdə İnqilab Məhkəməsi tərəfindən bir və səkkiz il həbsə məhkum olan milli fəallar Abbas Vəlizadə (Oxtay) və Mehdi Kuxiyanın Apellyasiya Məhkəməsi tərəfindən təsdiq ediməsi, 11 illik həbs cəzası çəkən fəal Fərdin Muradpurun aclıq aksiyası başlatması, bir neçə başqa məhbusun ağır təzyiqlərə məruz qalması, habelə güneyli məhbuslara dəstək olaraq ölkə xaricində mitinqlərin təşkil edilməsi ilə bağlı xəbər yayıblar.

Mehdi Kuxiyan və Abbas Vəlizadə
Mehdi Kuxiyan və Abbas Vəlizadə
Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi Məlikəndili milli fəallar Abbas Vəlizadə (Oxtay) və Mehdi Kuxiyanın bir neçə ay öncə aldıqları səkkiz il və bir il həbs hökmlərini təsdiq edib. Ötən aylarda Marağa İnqilab Məhkəməsi tərəfindən çıxarılan hökmdə yazılanlara görə, iki fəalın üzləşdiyi ittihamların əksəriyyəti onların internetdə, ictimai şəbəkələrdə apardıqları fəaliyyət ilə bağlıdır. Araz News saytı hazırda həbsdə olan Mehdi Kuxiyanın yaxınlarına istinadən, onun zindanda ağır işgəncələrə məruz qaldığını yazıb.

“Altı illik həbs hökmünü Təbriz zindanında çəkməkdə olan milli fəal Fərdin Muradpur ona qarşı tətbiq edilən təzyiqlərə etiraz olaraq iyunun 1-dən aclıq aksiyası başladıb. Zindan məsulları milli fəalı ağır cinayətlər işləyən və yoluxucu xəstəliklərin mövcüd olduğu Özəl Bölməyə göndərib. Adətən zindan məsullarının cəzalandırmaq istədiyi məhbuslar bu bölməyə göndərilir,” - deyə Günaz TV-nin saytında qeyd edilib.
Xəbər saytları həmçinin təxminən iki həftə öncə İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altın alınan milli fəal Mehdi Nurinin (Elman) Ettelaat həbsxanasından Təbriz zindanına göndərildiyini bildirib. Məlumata görə Təbrizli fəalın həbsi onun bir müddət öncə təhsil işləri ilə əlaqəli Türkiyəyə etdiyi səfərlə bağlı
Təbrizdə həbs edilən Xalidə Xalid və yerli fəallar
Təbrizdə həbs edilən Xalidə Xalid və yerli fəallar
olduğu güman edilir.

İnsan haqları qruplarının yazdığına görə, təxminən bir ay öncə Ərdəbil vilayətinin Xiyav şəhərində həbs edilərək Təbriz Ettelaat həbsxanasına göndərilən şair və yazar İlqar Müəzzinzadə hələ də təhlükəsizlik qurumunun nəzarətində saxlanılır. Gənc yazarın həbsinin AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsi ilə bağlı olduğu bildirilir. Xanım Xalidin özü ötən günlərdə sərbəst buraxılaraq Azərbaycana qayıdıb.

Səid Mətinpur
Səid Mətinpur
AZOH saytı bildirir ki, İsveçdə yaşayan Azərbaycan türkləri və Əhvaz ərəblərinin ölkənin Göteburg şəhərində birgə aksiya keçirərək Azərbaycan və Əhvaz fəallarının azadlığını tələb edib. Tehranın Evin zindanında səkkiz illik həbs cəzasını çəkməkdə olan məşhur güneyli jurnalist Səid Mətinpur, Təbriz zindanında saxlanılan Yeni GAMOH təşkilatının üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə kimi azərbaycanlı fəallar, habelə bir çox Əhvazlı siyasi məhbusun posterləri tədbirdə nümayiş etdirilib.
XS
SM
MD
LG