Accessibility links

İranda M.Çöhrəqanlının Amerikanın Səsinə müsahibəsini əldə edən fəala 8 il həbs [Video]


Mahmudəli Çöhrəqanlı: "Hər evdə bir hərəkatçı var!"
please wait

No media source currently available

0:00 0:28:11 0:00

Mahmudəli Çöhrəqanlı: "Hər evdə bir hərəkatçı var!"

Marağa İnqilab Məhkəməsi çıxardığı hökmdə Abbas Vəlizadəni İrana qarşı təbliğatda təqsirləndirib

Şərqi Azərbaycanın Məlikkəndi şəhərindən olan 25 və 23 yaşlı milli fəallar Abbas Vəlizadə (Oxtay) və Mehdi Kuxiyan məhkəmə hökmlərində yazılıb ki, onlar əsasən Facebookdakı fəaliyyətlərinə görə Marağa şəhərinin İnqilab məhkəməsi tərəfindən səkkiz və bir il həbs cəzasına məhkum ediliblər.

Hakim Davərniyanın hökmünə istinadən Abbas Vəlizadə “dükanında Azərbaycan ölkəsi bayrağını saxlamaq, millətçi şəxslərlə əlaqədə olmaq, İslam müqəddəslərini təhqir etmək, Azərbaycan ölkəsinin bayrağı və Bozqurd
Mehdi Kuxiyan və Abbas Vəlizadə
Mehdi Kuxiyan və Abbas Vəlizadə
simvolunu bacısı uşağının ad günündə təbliğ etmək, Məlikkəndi şəhərinin iki küçəsinə türkcə anaata adlarının verilməsinə qarşı çıxdığı üçün şəhərin cümə imamını təhqir etmək, Pan-Türkist mövzularda dörd dənə kitab saxlamaq, Azərbaycanın istiqlalı üçün referendum haqqında yazı yaymaq, zəlzələ bölgəsi haqqında ‘Oyan Azərbaycan! gör qardaşların soyuqda necə üşüyür!’ başlıqlı yazı yaymaq, Pan-Türkistlərin stadionda soyunma səhnəsinin şəklini yaymaq, Böyük Azərbaycan xəritəsini təbliğ etmək, intihar nəticəsində ölən bir əsgərin işgəncə edildiyi iddiasını irəli sürmək, Əhməd Riyazi adında bir millətçinin həbsi ilə bağlı şəkil və xəbər yaymaq, mühacirətdə olan separatçı Mahmudəli Çöhrəqanlının Amerikanın Səsinə müsahibəsinin videosunu əldə etmək” kimi ittihamlar üzündən “İran İslam Respublikasına qarşı təbliğat” və İslam müqəddəslərini və ali rəhbəri təhqir etməkdə günahlandırılaraq səkkiz il həbs cəzası alıb.
Mehdi Kuxiyan isə İran İslam Respublikası sisteminə zidd olan emaillər və Traktorsazi (Tıraxtur) futbol klubu tərəfdarlarının şəkillərini millətçi şəxslər və mediaya göndərmək, Məlikkəndi güləş yarışlarında Azərbaycan ölkəsinin bayrağını çıxarmaq və millətçi şəxslərlə əlaqə qurmaq kimi ittihamlarla üzləşərək bir il həbsə məhkum olub.

Məhkəmə hökmündə azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamların onların facebook səhifəsi, emailləri və öz dediklərinə əsaslanaraq təsbit edildiyi bildirilib.

Ağır həbs cəzaları ilə üzləşən iki fəal ötən ilin dekabr ayının 31-də əhalinin Məlikkəndi adlandırdığı, ancaq rəsmi adı Məlekan olan şəhərdə tutulublar. Azərbaycan veb səhifələrinin yazdığına görə, iki fəal tutulduqdan sonra dükanları və evlərində də axtarış aparılıb, türkcə kitablar, mobil telefon, kompüter və digər əşyaları müsadirə edilmişdi. Hazırda onlar Marağa zindanında saxlanılırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG