İranın Ali Məhkəməsi bu yaxınlarda hər biri doqquz il həbs cəzasına məhkum edilmiş və bir ildən artıqdır həbsdə saxlanılan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) beş mərkəzi komitə üzvünün appelyasiya şikayətini rədd edib.
Məhbuslardan biri Yürüş Mehrəlibəylinin xanımı Sona Fərəczadə həyat yoldaşı və digər dörd məhbusun durumu haqqında Amerikanın Səsinə müsahibə verib. Özü də ötən illərdə həbs və mühakiməyə məruz qalmış güneyli müəllimə həmçinin Həsən Ruhani hökümətinin siyasi məhbuslar və qeyri-fars toplumların hüquqları ilə bağlı verdiyi sözlər haqqında düşüncələrini ifadə edib.
"Bu, qeyri-insani, qeyri-hüquqi hökmdür," deyə Sona Fərəczadə məhkəmənin qərarını şərh edib. Onun dediyinə görə günyeli məhbuslar Azərbaycan toplumunun elementar hüquqları uğrunda mübarizə apardıqlarına görə cəzalandırılırlar.
Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə ötən ilin iyul və avqust aylarında 28 gün aclıq aksiyası keçirmişdilər. Həmin günlərdə Amerikanın Səsinə müsahibə verən Yeni GAMOH Təşkilatın başqanı Lətif Həsəninin xanımı Əzəm Pirinin sözlərinə görə, beş məhbus sorğu-sual və mühakimə proseslərində baş verən qanunsuzluqlar, onlara qarşı çıxarılan ağır həbs cəzası, habelə apelyasiya məhkəməsində hüquqi prosedurun pozulmasına etiraz olaraq aclığa başlamışdılar.
Sona Fərəczadə də kassassiya şikayətinin məhkəmə prosedurundə yol verilmiş qanunsuzluqlara etiraz mahiyyəti daşıdığını qeyd edib. Onun dediklərinə görə, kassassiya şikayəti verilən cəzanın irəli sürülən ittihamlarla mütənasib olmaması, ittihamların sənədsiz şəkildə irəli sürülməsi və məhbuslara müdafiə üçün yetərli zaman verilməməsi kimi xüsuslara əsaslanaraq hazırlanmışdı.
Ötən il aclıq aksiyasına başladıqları zaman Təbrizdən Kərəcin Rəcayi-şəhr zindanına sürgün edilən Yeni GAMOH liderləri son zamanlarda təkrar Təbriz zindanına köçürülüblər. Sona xanımın sözlərinə görə, “məhbusların Təbrizə köçürülməsi Təbrizə yaxın bölgələrdə yaşayan ailələr üçün yaxşı xəbər olub, ancaq, məhbuslardan biri Lətif Həsəninin ailəsi Kərəc şəhərində yaşayır və indiki şərait onlar üçün çətin olacaqdır.”
Sona Fərəczadə həmçinin prezident Həsən Ruhaninin siyasi məhbusların durumu və qeyri-fars etnik qrupların hüquqlarına dair verdiyi sözlər, eləcə də İranın qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə prezident yardımçısı Əli Yunesinin bu yaxınlarda ana dillərinin tədrisi haqqında söhbətləri ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.
Bu vədlərin umumiyyətlə səmimi olmadığına inanan Fərəczadənin dediklərinə görə, Əli Yunesinin vəzifəsi qeyri-fars etnik qrupların məsələləri ilə əlaqəli olsa da, o həmin cəmiyyətlərin haqlarını müdafiə etdikləri üçün doqquz il həbsə məhkum olunmuş fəalların ailələrinin sözlərini eşitməyə hazır olmur.
Sona xanım kiçik oğlu Tatarın atası üçün darıxdığını söyləyib: “Tatarın atasına çox ehtiyacı var. O, çox darıxır.”
Məhbuslardan biri Yürüş Mehrəlibəylinin xanımı Sona Fərəczadə həyat yoldaşı və digər dörd məhbusun durumu haqqında Amerikanın Səsinə müsahibə verib. Özü də ötən illərdə həbs və mühakiməyə məruz qalmış güneyli müəllimə həmçinin Həsən Ruhani hökümətinin siyasi məhbuslar və qeyri-fars toplumların hüquqları ilə bağlı verdiyi sözlər haqqında düşüncələrini ifadə edib.
"Bu, qeyri-insani, qeyri-hüquqi hökmdür," deyə Sona Fərəczadə məhkəmənin qərarını şərh edib. Onun dediyinə görə günyeli məhbuslar Azərbaycan toplumunun elementar hüquqları uğrunda mübarizə apardıqlarına görə cəzalandırılırlar.
Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə ötən ilin iyul və avqust aylarında 28 gün aclıq aksiyası keçirmişdilər. Həmin günlərdə Amerikanın Səsinə müsahibə verən Yeni GAMOH Təşkilatın başqanı Lətif Həsəninin xanımı Əzəm Pirinin sözlərinə görə, beş məhbus sorğu-sual və mühakimə proseslərində baş verən qanunsuzluqlar, onlara qarşı çıxarılan ağır həbs cəzası, habelə apelyasiya məhkəməsində hüquqi prosedurun pozulmasına etiraz olaraq aclığa başlamışdılar.
Sona Fərəczadə də kassassiya şikayətinin məhkəmə prosedurundə yol verilmiş qanunsuzluqlara etiraz mahiyyəti daşıdığını qeyd edib. Onun dediklərinə görə, kassassiya şikayəti verilən cəzanın irəli sürülən ittihamlarla mütənasib olmaması, ittihamların sənədsiz şəkildə irəli sürülməsi və məhbuslara müdafiə üçün yetərli zaman verilməməsi kimi xüsuslara əsaslanaraq hazırlanmışdı.
Ötən il aclıq aksiyasına başladıqları zaman Təbrizdən Kərəcin Rəcayi-şəhr zindanına sürgün edilən Yeni GAMOH liderləri son zamanlarda təkrar Təbriz zindanına köçürülüblər. Sona xanımın sözlərinə görə, “məhbusların Təbrizə köçürülməsi Təbrizə yaxın bölgələrdə yaşayan ailələr üçün yaxşı xəbər olub, ancaq, məhbuslardan biri Lətif Həsəninin ailəsi Kərəc şəhərində yaşayır və indiki şərait onlar üçün çətin olacaqdır.”
Burada ibtidai hüquqları danırlar. Ana dili öyrənməyi təhlükəli hesab edirlər. Bu adamlar həmin ibtidai haqlar uğrunda çalışırlar... Bu qeyri-insani hökmdür.Sona Fərəczadə