Avropa İttifaqı Bəşər Əsədin xanımına və anasına sanksiyalar qoydu

  • Amerikanın səsi

Avropa İttifaqı Suriya prezidenti Bəşər Əsədin xanımı və anasına qarşı sanksiyalar tətbiq edib. Bu iki şəxs hazırda ittifaqın sanksiyaları ilə üzləşən 12 adamlıq siyahıya əlavə olunub. Brüsseldə xarici işlər nazirlərinin təsdiq etdiyi ölçüyə əsasən Britaniyada doğulmuş Asmanın vəsaitləri dondurulur və ona səyahət etmək qadağan olunur.

Britaniyada təhsil almış investisiya bankiri Asma uzun müddət özünü beynəlxalq ictimaiyyətə Qərb təmayüllü və mətin qadın kimi təqdim etməyə çalışırdı. Asmanın davranışı qəddarlığına görə tanınmış Əsəd rejimini humanistləşdirmək məqsədi daşıyırdı.

Bu imic onun əri dissidentlərə qarşı ölümcül basqılara başladıqdan sonra dağıldı.

Britaniyanın Guardian qəzetinin dərc etdiyi məxfi email mesajında Asma özünü “həqiqi diktator” kimi təsvir edir. Həmçinin məlum olub ki, üsyanın ən qızğın çağlarında Asma internetdə bahalı əşyalar almaqla vaxt keçirirdi.

Onun doğma yurdu üsyanın episentri sayılan Homs şəhəridir. Əsəd rejimi əleyhinə üsyan başlanandan bəri bu şəhərin yüzlərlə sakini qətlə yetirilib.