Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Barak Obama Suriyanın üsyançı qüvvələrinə tibbi və kommunikasiya yardımı göstərilməsini istəyir. Bü gün cənab Obama Seulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı müxalif qüvvələrin silahla təmin edilməsi məsələsi müzakirə edilməyib. Görüşdən sonra Ərdoğan deyib ki, Türkiyə və onun tərfədaşları Suriya münaqişəsinə tamaşaçı qala bilməz və beynəlxalq qanunlar çərçivəsində ölçülər götürülməlidir.
ABŞ prezidenti isə bildirib ki, Suriya legitim hökumətin yaradılması üçün işlər görməlidir.
ABŞ rəsmiləri aprel ayının 1-də Türkiyədə təşkil ediləcək Suriyanın dostları adlı toplantıda məsələnin qaldırılacağını bildirib. Həmin görüşdə Amerikanı dövlət katibi Hillari Klinton təmsil edəcək.
Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı qətnamələrinə veto qoyub. Lakin keçən həftə hər iki ölkə Annanın sülh planına dəstək verib.