BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan rəsmi Moskvanı Suriyada atəşkəs çağırışlarına qoşulmağa qane etmək üçün Rusiyaya səfər edib. Bu gün o, Rusiya prezidenti Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. Rusiyanın dövlət başçısı Annanın missiyasını dəstəklədiyini bildirərək, bunun beynəlxlaq ictimaiyyətin Suriyada qan axıdılmasına son qoyulması səylərinin sonuncusu ola biləcəyini deyib. Dmitri Medvedev qeyd edib ki, Rusiya hər bir səviyyədə öz dəstəyini əsirgəməyəcək.
BMT-nin sabiq baş katibi Annan bildirib ki, Suriyanın münaqişə və müharibəyə son qoyulması, humanitar yardımların çatdırılması, habelə siyasi prosesin başladılması üçün mənimlə işləmək imkanı var.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində tərəflərin zorakılılqlara son qoymasının vacibliyini vurğulayıb.
Nazir deyib ki, beynəlxalq ictimaiyyət Kofi Annanın missiyasına hərtərəfli dəstək verməlidir.