Accessibility links

Suriya Kofi Annanın sülh planını qəbul edib


Beynəlxalq sülh elçisi Kofi Annan Suriyanın onun ölkədə zorakılıların dayandırılması ilə bağlı planını qəbul etdiyini deyib. Cənab Annanın sözçüsü bildirib ki, Suriya cavabını BMT və Ərəb Liqasının xüsusi nümayəndəsinə məktub vasitəsilə çatdırıb.

Cənab Annan bu gün onun vasitəçilik planını dəstəkləməyə söz verən Çinin baş naziri Ven Ciabao da daxil edilməklə, Pekində ölkə rəsmiləri ilə görüşüb.

Kofi Annanın Suriya ilə bağlı planında hökumət qüvvələri ilə üsyançılar arasında atəşkəsə dair razılıq əldə edilməsi və dialoq aparılmasına çağırılır.

Lakin Ərəb dövlətləri və Qərbin Suriya prezidenti Bəşar Əl-Əsədin istefası tələbi BMT-nin təsdiq etdiyi plana daxil deyil. Rusiya və Çin buna etirazını bildirir.

XS
SM
MD
LG