Suriyada artıq bir ildir davam edən zorakılıqların qarşısını almaq məqsədi ilə sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün BMT nümayəndə heyətinin 48 saat ərzində ölkəyə səfər edəcəyi deyilir.
BMT baş katibi və Ərəb Liqasının elçisi Kofi Anna bu barədə məlumatı bu gün açıqlayaraq, qrupun Dəməşqə beynəlxalq müşahidəçilər yerləşdirilməsi məsələsini də müzakirə edəcəyini deyib.
Cənab Annanın bu açıqlaması onun Suriya prezidenti Bəşar Əl-Əssədin qüvvələrini aprel ayının 10-dək müxalifətin etiraz nümayişləri keçirdiyi bölgələrdən çıxaracağı barədə razılığı elan etməsindən bir gün sonraya təsadüf edir.