Accessibility links

Ərəb Liqası Kofi Annanın Suriya planını dəstəkləyir


Ərəb dövlətlərinin liderləri xüsusi elçi Kofi Annanın Suriyaya dair sülh təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi üzərində işləyirlər. Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri Bağdadda toplaşıblar.

Üzərində işlənilən layihə prezident Bəşər Əsəd hökumətini müxalifətə qarşı hücumları dayandırmağa və dinc nümayişlərə icazə verməyə çağırır.

Cənab Annan Suriya hökumətinin planı qəbul etdiyini deyir, amma zorakılıqlar hələ də davam edir.

Suriya insan haqları fəalları deyirlər ki, bu gün hökumət qüvvələri şimali İdlib vilayətində hücum edərək üç mülki vətəndaşı qətlə yetirib. Mərkəzi Həma vilayətində isə üsyançılar iki hökumət əsgərini öldürüblər.

Dövlətə məxsus SANA xəbər agentliyi dörd silahlı şəxsin Hələb şəhərində iki polkovniki öldürdüklərini deyir.

XS
SM
MD
LG