Aprelin 12-də “Dalğa” Gənclər Hərəkatı "Suriya dekadası" kampaniyası çərçivəsində Çinin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.
Hərəkatdan “Media forum” saytına verilən məlumata görə, aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin Suriya prezidenti Bəşər Əsədin öz vətəndaşlarına qarşı törətdiyi qırğınlara dəstək verməsini, BMT-də Suriya rejimi əleyhinə hazırlanan qətnamələrə qarşı çıxmasını pisləyib.
Aksiya iştirakçıları Çinin hərəkətini pisləyən şüarlar qaldırıb və üzərində Çin mütəfəkkirlərinin adları yazılmış köynəklər geyinib.