Accessibility links

Sergey Lavrov:Təhlükəsizlik Şurası Suriyaya dair Annan planına dəstək verməlidir(YENİLƏNİB)


Rusiya BMT Təhülkəsizlik Şurasında beynəlxalq vasitəçi Kofi Annanın Suriyaya dair təqdim etdiyi sülh planının təsdiqinə şərti dəstək təklif edib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, rəsmi Moskva Təhlükəsizlik Şurasının Annanın Suriyada bir ildir sürən iğtişaşlarda iştirak edən bütün tərəflər arasında razılıq əldə edilməsi üçün göstərdiyi səylərə dəstək verməli olduğunu düşünür. Lakin Lavrov qeyd edib ki, qətnamədə Rusiyanın uzun müddətdir müttəfiqi olan Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə ultimatum verilməməlidir. O həmçinin deyib ki, Annanın sülh planının detalları açıqlanmalı və müzakirə olunmalıdır.

Kofi Annan Suriyada hökumət qüvvələri və üsyançı qüvvələr arasında atəşəkəsin təmin edilməsi və münaqişənin həlli məqsədilə milli dialoqa başlanması məqsədilə bazar günü ölkəyə beynəlxalq ekspertlərdən ibarət beş nəfərlik qrup göndərib. Cənab Annanın sülh planının yalnız bəzi detalları məlumdur.

BMT Təhlükəsizlik Şurası bu gün Nyu-Yorkda keçiriləcək iclasda Fransanın hazırladığı bəyanatı müzakirə edəcək. Fransanın təqdim etdiyi sənəddə cənab Annanın sülh səylərinə dəstək verilir, lakin deyilir ki, Suriya hökuməti onları qəbul etmədiyi halda, Suriyaya dair bundan sonra ölçülərin götürülməsinə çağırır. Çin və Rusiya bundan öncə Təhlükəsizlik Şurasında Qərb və ərəb ölkələrinin dəstəklədiyi təkliflərin ölkənin daxili işlərinə müdaxilə olduğunu deyərək, Suriya ilə bağlı qətnaməyə iki dəfə vero qoyub.

Əsəd hökumətinin əsas müttəfiqilərindən biri olan Rusiya Suriya ilə bağlı daha neytral mövqe nümayiş etdirməyə çalışır.

Rusiya Xarici İşlər naziri Lavrov Rusiya gəmisinin Suriyaya Tartus limanında hərbi bazaya gətirildiyi haqda xəbərləri təkzib edib. Onun sözlərinə görə, neft tankeri Ədən körfəzində dəniz quldurlarından mühafizə missiyasını yerinə yetirən Rusiya gəmilərini yanacaqla təmin etmək məqsədilə bazada lövbər salıb. O, tankeri dəniz quldurlarından qorumaq üçün orada təhlükəsizlik qüvvələrinin üzvlərinin olduğunu deyib.

Suriyada zorakılıqlar artıqca Rusiya Tartus limanında gəmilərin rotasiyasını davam etdirir. Bunun Rusiya vətəndaşlarının Suriyadan təcili evakuasiyası lazım olduğu üçün edildiyi bildirilir.

Lavrovun Rusiyanın BMT Təhlükəsizlik Şurasında prezident Bəşar Əl-Əsədə ultimata səs verməyəcəyini deməsinə baxmayaraq, onun bugünkü bəyanatları Moskvanın səbrinin tükəndiyinə işarə kimi qiymətləndirilir.

Suriyanın özündə isə vəziyyət gərgin olaraq qalır. Fəallar hökumətin ölkə boyu müxalifətin qərargahlarını atəşə tutduğunu bildirir. Homs, Həma və başqa şəhərlərdə atışmalar zamanı təxminən 10 adamın öldüyü bildirilir.

BMT-nin Baş katibi Ban Ki Mun Suriyada vəziyyətin qəbuledilməz və dözülməz olduğunu deyib. Cənab Ban bunu Amerikanın səsinin İndoneziyada müxbirinin Suriyada vəziyyətlə bağlı sualını cavablandıran zaman deyib.

XS
SM
MD
LG