Siyasi partiya liderləri Avropa Şurasını əhəmiyyətli qurum hesab etmir
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramuntun yanvarın 21-də Bakıya səfəri başlayıb.
Həmməruzəçilər bu gün Avropa Şurasının Bakı ofisində vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb.
Görüşdə iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov Amerikanın Səsinə bildirib ki, görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar, xüsusilə həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu, NİDA vətəndaş hərəkatının fəalları, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının vəziyyəti ilə bağlı informasiya verilib.
Görüşdə hüquq- müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənanyarlı, Rəsul Cəfərov, Samir Kazımlı və digərləri iştirak edib.
AŞPA-nın həmməruzəçiləri siyasi partiya təmsilçiləri ilə də görüşüb. Görüşə Demokrat, Azad Demokrat, Klassik Xalq Cəbhəsi, Xalq Cəbhəsi partiyalarının və REAL Hərəkatının təmsilçiləri iştirak edib.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda prezident seçkiləri, siyasi məhbus, demokartiya məsələləri müzakirə mövzusu olub. Müxalifət nümayəndələri ölkədə prezident seçkilərinin qanun pozuntusu ilə keçdiyini desələr də, həmməruzəçilər bu qiymətlə hesablaşmayaraq, seçkilərin yüksək səviyyədə keçdiyini iddia ediblər. Siyasi məhbuslar haqda danışıldıqda həmməruzəçilər partiya və ictimai hərəkat mənsublarından siyahı tələb ediblər.
“Belə görüşlər artıq formal xarakter daşıyır, Avropa Şurası administrasiya kimi mahiyyətini itirib”, Cəlaloğlu qeyd edib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, artıq belə görüşlərə ehtiyac yoxdur.
“Biz məsələni necə anlatsaq da, bu şəxslər öz bildikləri kimi təqdim edirlər, hakimiyyətlə işbirliyindədirlər”, partiyta sədri bildirib.
Yerli medianın məlumatına görə, bir çox siyasi partiyalar isə görüşə qatılmadan imtina edib.
Həmməruzəçilərin prezident İlham Əliyev ilə görüşü nəzərdə tutulmayıb. Onlar Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyalarının nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşəcəklər.
Bundan əlavə, P.Aqramunt və J. D.Qrex Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşləri olacaq.
Səfərin sonunda - yanvarın 23-də həmməruzəçilər Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər.