Accessibility links

AŞPA və Avropa Parlamenti: Azərbaycanda azad,ədalətli və şəffaf seçki prosesi gedib [Video]


AŞPA və Avropa Parlamenti: Azərbaycanda azad, ədalətli və şəffaf seçki prosesi gedib
AŞPA və Avropa Parlamenti: Azərbaycanda azad, ədalətli və şəffaf seçki prosesi gedib

Azərbaycan hakimiyyətini demokratiyaya gedən yolu ciddi şəkildə inkişaf etdirməyə çağırırıq

Oktyabrın 10-da AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları 9 oktyabr prezident seçkiləri haqqında ilkin rəylərini açıqlayıb.

Onlar hesab edir ki, 9 oktyabr seçki prosesi “şəffaf, ədalətli və azad” keçirilib.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlakki qeyd edib ki, seçkiöncəsi və səsvermə günü proseslər sakit keçib.

O, Azərbaycan hökumətinin seçkilərə “texniki hazırlığından” məmnunluq ifadə edib.

Onun sözlərinə görə, missiyalar seçki məntəqələrində müşahidəçilərə təzyiq halları qeydə almayıblar.

“Biz Azərbaycana dərs keçməyə, demokratik inkişafın dərinliyini ölçməyə gəlməmişik, əksinə demokratiyaya doğru təkidi dəyərləndirmək istəyirik. Biz Azərbaycan xalqını seçki günü dinc seçki kampaniyası keçirilməsi münasibəti ilə təbrik edirik. Azad, ədalətli və şəffaf seçki prosesi gedib.”

Seçki qanunvericiliyinə əsasən, seçki məntəqələrində polis olmayıb. Bununla belə, “müəyyən təkmilləşdirmələrə” ehtiyac var.

Belə ki, əvvəlki seçkilərlə müqayisədə “azad debatlar az olub”.

Müxalifət üçün müəyyən imkanlar yaradılıb və gələcəkdə bu, inkişaf etdirilməlidir. Hazırki seçki prosesi yalnız başlanğıcdır, Avropa parlamentariləri belə düşünür.
“Biz Azərbaycan hakimiyyətini demokratiyaya gedən yolu ciddi şəkildə inkişaf etdirməyə çağırırıq”, deyə Arlakki bildirib.

Eyni zamanda, o, əsas azadlıqların təmin edilməsində irəliləyişə ehtiyac olduğunu qeyd edib, hökmət buna diqqətlə yanaşmalıdır.

Hər iki nümayəndə heyəti yaxın günlərdə yekun hesabatlarını təqdim edəcəklər.

AŞPA və Avropa Parlamenti: Azərbaycanda azad, ədalətli və şəffaf seçki prosesi gedib
please wait

No media source currently available

0:00 0:01:25 0:00

Avropa Parlamentinin nümayəndə heyəti cəmi 7 deputatdan ibarət idi. Britaniyalı deputat Robert Uolterin rəhbərlik etdiyi AŞPA nümayəndə heyətinə 32 parlamentari daxil idi.
XS
SM
MD
LG